Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Çağırış Kubokunun oyununa təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, 1/4 final mərhələsinin “Kaposvari” (Macarıstan) və “Nova Qoritsa” (Sloveniya) klubları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.
Qeyd edək ki, CEV Hakimlər Komitəsi bu il yeni layihəyə – “CEV Mentoring Program 2026”ya start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.
Layihə çərçivəsində yeni hakimlər yarışlara birinci referi olaraq təyinat alırlar. Təcrübəli ədalət təmsilçiləri isə oyunda ikinci hakim olurlar və matçdan sonra yenilərin işini qiymətləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















