Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat aldı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından Modern.az-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakim diplomuna yeni layiq görülmüş referi beynəlxalq yarışda ölkəmizi ilk dəfə təmsil edəcək.
O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ədaləti qoruyacaq. Noyabrın 20-23-də Polşanın Dembitsa şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi Polşa komandası mübarizə aparacaq.
Baxış sayı:139
Bu xəbər 20 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















