Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasəti: sülhsevərlik və humanitarlıq aspekti

Azərbaycanın xarici siyasəti: sülhsevərlik və humanitarlıq aspekti

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

I MƏQALƏ

Yeni xarici siyasət təlimləri

Xarici siyasətə yanaşmalarda yeni təlimlər meydana gəlməkdədir. Onlar əsasən müasir dünyanın dəyişən gerçəkliklərinə olan siyasi-nəzəri reaksiyanı ifadə edirlər. Bir qayda olaraq çoxqütblülüyü, beynəlxalq təşkilatları, yeni texnologiyaları və dayanıqlı inkişaf konsepsiyalarını da yeni yanaşmalarda nəzərə alırlar. Bununla yanaşı, hər bir müstəqil dövlətin özünəməxsus baza xarici siyasət prinsipləri, strategiyası, xarici siyasət fəaliyyətinin məqsəd və vəzifələri olur. Bu üç faktor hər bir xarici siyasət konsepsiyasında nəzərə alınır.

Eyni zamanda, onlardan fərqli faktorları da dövlət xarici siyasət konsepsiyasına daxil edə bilər. Bu baxımdan müstəqil dövlətlərin konsepsiyasında “milli maraqlar” anlayışı da əsas prinsiplər sırasında ola bilər. Azərbaycanda 1993-cü ildən xarici siyasət konsepsiyasında milli maraq baza prinsip olaraq mövcuddur və xarici siyasət strategiyası həmin faktora görə hazırlanır. Xarici siyasi fəaliyyətin məqsəd və vəzifələri milli maraqlar əsasında müəyyən edilmiş strategiyanın optimal reallaşdırılması üçün müəyyən edilir. Bununla çoxsəviyyəli və mürəkkəb bir fəaliyyət sistemi meydana gəlir. Bir müqayisə aparaq.

Rusiya 2023-cü il xarici siyasət konsepsiyasında ilk dəfə olaraq məhz bu yanaşmaya keçmişdir. Ona qədər hazırlanan xarici siyasət konsepsiyaları “hakimiyyətin tranziti” modeli üzrə formalaşdırılırdı. Yəni Rusiyada xarici siyasət seçilən prezidentə uyğun olaraq müəyyən edilirdi. Bunun başlıca səbəbi Rusiyanın güclü dövlət kimi öncədən müəyyən edilmiş və dəyişməz hesab olunan xarici siyasət kursu ilə bağlıdır. Kurs dəyişmir, lakin o çərçivədə seçilən prezidentin daha uğurlu olması üçün xarici siyasi fəaliyyətdə müəyyən korrektələr ola bilirdi.

XXI əsrin üçüncü onilliyində Moskva anladı ki, xarici siyasət konsepsiyasının təməl şərtləri yenilənməlidir. Nəticədə ənənəvi “dəyişməz üçlüyə” (baza prinsiplər, strategiya, məqsəd və vəzifələr) yeni bir parametr əlavə etdilər – milli maraqlar! Bu o demək idi ki, Moskva da Bakı kimi milli maraqlar üzərində xarici siyasətin strategiyasını, prinsiplərini, məqsəd və vəzifələrini müəyyən etmək qənaətinə gəlmişdir.

Bu, böyük bir dövlətin xarici siyasət konsepsiyasında maraqlı dəyişmədir.

Birincisi, aydın olur ki, öncədən Azərbaycanın qəbul etdiyi strateji kursun doğruluğuna Rusiya kimi böyük dövlət də əmin olmağa başlamışdır.

İkincisi, Rusiya rəsmi olaraq xarici siyasətdə milli maraqları baza prinsipi kimi qəbul edirsə, o deməkdir ki, başqa müstəqil dövlətlərin milli maraqlarına hörmətlə yanaşmanı və ona əməl etməyi də avtomatik olaraq öhdəsinə götürür. Əks halda heç bir dövlət başqasının milli maraqlarına qərəzli yanaşan ölkənin milli maraqlarına sayğı göstərməz.

Məsələnin başqa bir tərəfi milli maraqların təminini baza prinsip kimi xarici siyasət konsepsiyasının təməlinə qoymuş dövlətin praktiki fəaliyyətdə hansı dəyərlərə üstünlük verməsi ilə bağlıdır. Çünki ümumi siyasi-nəzəri səviyyədə gözəl terminlər işlətmək olar, ancaq onların gerçək əhəmiyyəti dövlətin praktiki fəaliyyətində təsdiqini tapır.

Sadə ifadə etsək, demək asandır, onu yerinə yetirmək düzgün üsul seçməyi və müsbət nəticələr əldə etməyi tələb edir. Bu kontekstdə Azərbaycanın xarici siyasət konsepsiyasının bir özəlliyinə baxmaq zərurəti vardır. Çünki məhz həmin özəlliklər rəsmi Bakının davamlı olaraq xarici siyasətdə uğur qazanmasının fəlsəfəsini açır.

Heydər Əliyev yanaşması

Ulu öndər keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan Respublikası üçün elə xarici siyasət konsepsiyası müəyyən etmişdir ki, XXI əsrdə böyük dövlətlər üçün belə cəlbedici olmuşdur. Həmin konsepsiya bir sıra prinsiplərə əsaslanır. Politoloqlar onları aşağıdakı kimi xarakterizə edirlər:

- Demokratiyanın inkişafı;

- Bazar iqtisadiyyatının inkişafı;

- Qanunun aliliyi;

- Region dövlətləri ilə mehriban qonşuluq siyasəti;

- Regional sabitlik və təhlükəsizliyin təmini.

Bu prinsiplər yığcam şəkildə özlərində demokratiya və qanunun aliliyini, mehriban qonşuluğu, təhlükəsizlik və sabitliyi, iqtisadi tərəqqini, ərazi bütövlüyünün təminini, çoxvektorlu siyasəti ehtiva edir. Bütün bunların müəyyənedici və istiqamətverici faktoru isə milli maraqların prioritetliyidir.

XXI əsrin başlaması ilə vurğulanan konsepsiyada iqtisadiyyatın diversifikasiyası, enerji strategiyasının yeni mərhələsinə keçid və “yaşıl iqtisadiyyatın” yaradılması ön plana çıxır. Onların bir-biri ilə qarşılıqlı əlaqədə həyata keçirilməsi və güclü dövlətin daha da güclənməsi azərbaycançılıq və multikulturalizmin inkişafı fonunda baş verməli idi. Həmin ümumi məqsədlərə çatmaq milli ideyanın reallaşmasını tələb edirdi.

Bununla Azərbaycanın xarici siyasət konsepsiyasının mühüm bir özəlliyi ön plana çıxmış olur. Əsas sual belə idi: milli maraqlara uyğun olaraq milli ideyanı hansı mexanizmlərlə daha səmərəli reallaşdırmaq mümkün ola bilər? Bu suala zamanında Heydər Əliyev dəqiq cavab tapmışdı və sonrakı mərhələdə İlham Əliyev onu dəyişən şəraitə tam uyğunlaşdırdı. Ancaq fəaliyyətin baza prinsipləri dəyişməz qaldı. Biz hansı məqamları nəzərdə tuturuq?

Sülhsevərlik və ərazi bütövlüyü

Ərazi bütövlüyünün bərpası milli ideya kimi prinsipial əhəmiyyət kəsb edir. Ona nail olmağın iki üsulu mövcud idi: birincisi, beynəlxalq hüquqa və ədalətə dayanan danışıqlar, ikincisi, hərbi güc tətbiqi. Faktdır ki, Azərbaycan 1993-cü ildən ilk olaraq danışıqlar və diplomatiya üsuluna üstünlük vermişdir. Heydər Əliyev 1994-cü il və 1995-ci illərdə BMT-də çıxışları zamanı məsələnin bu tərəfinə çox ciddi vurğu etmişdir. Azərbaycan tərəfi hətta konkret təklif-modellər də təqim etmişdir. Bu xətt həmişə gözlənilmişdir.

Bir sıra beynəlxalq təşkilatlarda rəsmi Bakı fəaliyyəti zamanı, müəyyən dərəcədə ədalətli sənədlərin qəbul edilməsinə nail olmuşdur. Ayrıca, BMT 4 qətnamə qəbul etmişdir. Bütün bu prosesdə Azərbaycanın imtina etməyəcəyi bir şərti olmuşdur: ölkənin ərazi bütövlüyü bərpa olmalıdır!

Ancaq həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həm də Ermənistan bu humanitar, sülhsevər münasibətdən real olaraq imtina etmişlər. Rəsmi İrəvan hər fürsətdə yalnız Azərbaycanın bölünməsindən danışmışdır. Çünki XVIII əsrin sonlarından Qərb və Rusiya imperiyaları ermənilərə elə havadarlıq etmişlər ki, onlar Azərbaycan torpaqlarını işğal etməyi, bir növ “təbii normal hal” saymışlar. XX əsrin sonlarına qədər də müxtəlif bəhanələrlə Azərbaycandan torpaq qopartmışlar.

Belə şərtlər daxilində Azərbaycanın milli ideyanı gerçəkləşdirmək üçün bir yolu qalırdı – hərbi üsulla ərazi bütövlüyünü bərpa etmək! O halda xarici siyasətin sülhsevərlik və humanitarlığını saxlamaq ciddi mövqe tələb edirdi. Çünki faktlar göstərir ki, adətən dövlətlər belə şəraitlərdə çox aqressiv mövqeyə meyl edirlər. Azərbaycan isə hərbi qüdrətini göstərdi, ancaq sülhsevərlik və humanitarlıq xarici siyasətin başlıca xüsusiyyətlərindən biri kimi qaldı.

Burada Azərbaycan tarixi bir keçidi reallaşdırmağı bacardı. Ərazi bütövlüyü və suverenlik tam təmin edildikdən sonra inkişafın ancaq dinc, sülhpərvər və humanitar yolu seçildi. Bu o demək idi ki, ən böhranlı situasiyalarda belə Azərbaycan ancaq quruculuq, əməkdaşlıq və yardımlaşma vasitəsi ilə inkişaf etməyi özünün strateji məqsədi kimi qəbul etmişdir!

Sülhsevərlik

Uzun müddət haqsızlıq görən və torpaqlarının bir qisminin işğal altında qalması üçün böyük dövlətlərin müxtəlif süni oyunlar qurmasının acısını yaşayan bir müstəqil ölkənin sülhsevər mövqeyindən heç zaman geri çəkilməməsi böyük hadisədir. Bundan başqa, ağır sınaqlardan sonra regional sabitlik və barış naminə sarsılmaz mövqe tutmaq möhkəm dövlət identikliyi tələb edir. Bütün təxribatlara baxmayaraq, Azərbaycan bunun öhdəsindən layiqincə gəldi. Yeni tarixi mərhələ üçün müəyyən edilmiş prioritet istiqamətlərin sırasında qonşu dövlətlərlə mehriban, sabit və qarşılıqlı əməkdaşlığa istiqamətlənmiş münasibətlər qurmaq müddəasının olması həmin səbəblərdən ciddi məsələdir.

Birinci prioritet istiqamət aşağıdakı kimi müəyyən edilmişdir: “Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi”.

İkinci və üçüncü prioritet istiqamətlər: “Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması” və “Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi”

Yeddinci prioritet istiqamət: “Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi”.

Vurğulanan prioritet istiqamətlərdən aydın görünür ki, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasət konsepsiyası milli maraqlara söykənən və beynəlxalq hüquqa əsaslanan müstəqil kursdur. Milli maraqlarla beynəlxalq hüququn bu kurs daxilində sintezində sülhyaratma ilk sırada dayanır. Buna üç prioritet istiqamət həsr edilmişdir. Həmin istiqamətlərin də üç əsas tərəfi vardır.

Birincisi, Ermənistanla sülh müqaviləsi beynəlxalq hüquq və BMT Nizamnaməsinə tam uyğunlaşdırılmış təkliflər çərçivəsində həyata keçməlidir. Yəni Azərbaycan sülhsevərliyi konkret siyasi və hüquqi kriteriyalarla məzmunlaşdırmışdır. Elə bir rəsmi sənəd imzalanmalıdır ki, orada ədalət, siyasət və hüquq ziddiyyətsiz şəkildə öz əksini tapsın. Deməli, Cənubi Qafqazda sülhün təməli və ya siyasi-hüquqi bazası möhkəm olmalıdır ki, son 300 ildə özünü göstərən geosiyasi dağıdıcılıq bir daha təkrarlanmasın.

Bunu biz “ədalətli və yaradıcı sülhsevərlik” adlandıra bilərik. Eyni zamanda, sülhün milli miqyasdan regional miqyasa uğurlu proyeksiyası baş verməlidir. Bu prosesin təməlində “sülhün binarlığı” dayanır. Həmin nümunənin regional miqyasa transformasiyası isə “dayanıqlı regional sülh nümunəsi” yaratmağa xidmət edir.

Bununla Azərbaycanın yeni tarixi mərhələdə sülhsevərliyinin siyasi-hüquqi modelini aşağıdakı kimi formula edə bilərik: “iki dövlət arasında sülhün yaradılmasından regional sabitlik və sülhün qarşılıqlı əməkdaşlıq müstəvisində təmininə sistemli keçid”! Bu dinamikanın başlıca funksiyası isə regionu əsrlərdir istismar edən geosiyasi konstruktivsizlik vəziyyətindən xilas edib əməkdaşlıq, sabitlik və təhlükəsizlik geosiyasətinə keçirməkdən ibarətdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see280

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see153

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see149

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see145

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see129

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see129

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see123

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see123

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see121

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see121

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri