Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasəti uğurlar üstündə köklənib

Azərbaycanın xarici siyasəti uğurlar üstündə köklənib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Şərqlə Qərb arasında balanslı diplomatiya özünü doğruldur

Azərbaycan son illərdə həyata keçirdiyi xarici siyasət strategiyası ilə beynəlxalq arenada mühüm uğurlar əldə etmiş, həm regional, həm də qlobal aktorlar arasında etibarlı tərəfdaş kimi mövqe qazanmışdır. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli və prinsipial xarici siyasəti sayəsində Bakı bir sıra qlobal güclərlə strateji əməkdaşlıq əlaqələri quraraq, regional sabitliyin qorunmasında əhəmiyyətli rol oynamaqdadır.

Uğurlu xarici siyasətin mühüm tərkib hissəsi olaraq, Azərbaycan – Çin münasibətləri son illərdə sürətlə inkişaf edən, lakin dərinliyi hələ tam qiymətləndirilməyən bir siyasi vektordur. 2025-ci ildə Prezident İlham Əliyevin Çinə rəsmi səfəri Bakı – Pekin xəttində formalaşan strateji etimadın beynəlxalq gündəmə çıxmasına səbəb oldu. Səfər fonunda bütövlükdə Azərbaycanın Asiya ilə münasibətlərində yeni tarazlıq axtarışı, Qərb-Şərq arasında balanslı diplomatiyanın real ifadəsi müşahidə olundu.

Dünya nizamında qeyri-müəyyənliyin artdığı, siyasi bloklaşmaların kəskinləşdiyi bir dönəmdə Bakı öz xarici siyasətində sabitlik və çevik adaptasiya arasında mükəmməl bir tarazlıq qurmağı bacarır. Çinlə münasibətlərin dərinləşdirilməsi isə bu siyasətin məntiqi davamıdır. İlham Əliyevin Pekində apardığı danışıqlar Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə strateji rolunu möhkəmləndirməklə yanaşı, Pekin tərəfindən də Bakıya olan baxışın dəyişdiyini göstərdi: artıq Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də regionda etibarlı geosiyasi tərəfdaş kimi qəbul olunur.

Çin öz qlobal strategiyasını daha az riskli marşrutlar üzərində qurmağa çalışdığı bir vaxtda Azərbaycanın sabit siyasi sistemi, proqnozlaşdırıla bilən idarəetməsi və uğurlu postmüharibə bərpa strategiyası Pekin üçün onu regionda digər oyunçulardan fərqləndirən əsas cəhətlər kimi qiymətləndirilir. Məhz buna görə Prezident İlham Əliyevin səfəri zamanı tərəflər yüksək texnologiyalar, yaşıl enerji və rəqəmsal transformasiya sahəsində də konkret əməkdaşlıq addımları atdılar.

Pekin bu gün Qlobal Cənubun siyasi cazibə mərkəzinə çevrilir. Azərbaycan isə bu məkanla münasibətlərində geosiyasi çoxqütblülükdə öz müstəqil xəttini qorumağı strateji zərurət hesab edir. İlham Əliyevin Çinə səfəri bu niyyətin siyasi təcəssümüdür: nə Qərbdən yan keçmək, nə də Şərqə tabe olmaq — bu, Azərbaycanın balanslı, lakin prinsipial diplomatiyasının XXI əsr şərtlərinə uyğun yenilənmiş modelidir.

Bir müddət gərginliklərin müşahidə olunduğu Azərbaycan – İran münasibətləri də 2025-ci ildə tamamilə yeni bir istiqamət aldı. İranın yeni Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də regionda dəyişən geosiyasi konfiqurasiyanın rasional cavabı kimi qiymətləndirilməlidir və bu səfər emosional ritorikanın yerini rasional maraqlara verdiyi, dini-ideoloji çalarların diplomatik praqmatizmə uduzduğu bir dönüş nöqtəsi oldu.

Pezeşkianın səfəri hər şeydən öncə Tehranın regional siyasətində dəyişiklik siqnalı kimi şərh olunur. Azərbaycanla münasibətlərin gərginləşməsi, xüsusilə 2020-ci ildən sonra Qarabağ məsələsində İranın balanssız mövqeyi, sərhəd yaxınlığında hərbi təlimlər və daxili siyasi ritorikada Azərbaycanın hədəfə alınması iki ölkə arasında inamı xeyli zəiflətmişdi. Lakin islahatçı obrazı ilə tanınan Pezeşkianın hakimiyyətə gəlişi ilə Tehran regionla daha çevik və rasional siyasət yürütməyə meyilli görünür.

Bakıda keçirilən yüksək səviyyəli görüşlər zamanı Pezeşkianın vurğuladığı əsas mesajlardan biri “qonşularla sıfır problem” yanaşmasına qayıdış idi. Bu yanaşma İranın sanksiyalar altında qlobal təcriddən çıxmaq üçün yaxın regionla – o cümlədən Azərbaycanla – iqtisadi və nəqliyyat əlaqələrini genişləndirmək niyyətini əks etdirir. Azərbaycanın isə İranla münasibətləri normallaşdırmaqda əsas marağı Zəngəzur dəhlizi və regiondakı nəqliyyat dəhlizləri üzərində əməkdaşlığın bərpasıdır. Ən əsası isə odur ki, Pezeşkianın səfəri Azərbaycanla İran arasında münasibətləri tarixi, dini və mədəni ortaq məxrəcə deyil, qarşılıqlı maraqlar üzərində yeni formatda yenidən qurmaq cəhdidir.

Avropa İttifaqı ilə də Azərbaycan arasındakı münasibətlər son illərdə daha strateji və çoxşaxəli məzmun qazanıb və bu transformasiyanın əsas vektorlarından biri, şübhəsiz ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən TAP (Trans – adriatik Boru Kəməri) və TANAP (Trans – anadolu Qaz Boru Kəməri) layihələri Aİ üçün etibarlı və davamlı tərəfdaşlıq modelinin nümunəsinə çevrilib.

Mövcud fonda 2025-ci ilin aprelində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri Azərbaycan–Aİ münasibətlərində mühüm dönüş nöqtəsi oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə Aİ–Azərbaycan əməkdaşlığına dair əsas prioritetlər açıq və praqmatik şəkildə müzakirə edildi. Kallasın səsləndirdiyi “Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin əsas sütunlarından biridir” fikri rəsmi Brüsselin bölgəyə baxışının dəyişdiyinin bariz nümunəsi idi.

Enerji məsələləri bu görüşdə mərkəzi mövqe tuturdu, TANAP və TAP layihələri çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ötürmə gücünün artırılması, həmçinin yaşıl enerji inteqrasiyasının regional layihələrə daxil edilməsi gələcək əməkdaşlıq perspektivləri kimi qeyd olundu. COP29-un Azərbaycanda keçirilməsi faktı da Aİ-nin iqlim siyasəti ilə Azərbaycanın enerji gündəmi arasında ortaq kəsişmə nöqtələrinin mövcudluğunu göstərdi.

Əlbəttə, zaman-zaman Aİ və xüsusilə Avropa Parlamenti tərəfindən səsləndirilən bəzi birtərəfli tənqidlər, insan haqları və demokratiya məsələlərində ikili standartlar münasibətlərdə gərgin fon yaradıb. Lakin hazırkı mərhələdə, xüsusilə geosiyasi risklərin artdığı bir dövrdə Avropa üçün əsas prioritet sabitlik, təchizat etibarlılığı və strateji tərəfdaşlıqdır. Məhz bu baxımdan Azərbaycanla münasibətlər emosiyadan uzaq, təhlükəsizlik və qarşılıqlı maraqlar əsaslı yeni platformaya keçir.

Kaya Kallasın səfəri həm də göstərdi ki, Brüssel Azərbaycan siyasətində artıq mono-oriyentasiyalı yanaşmasını çoxölçülü baxışa verir. Təkcə enerji deyil, həm də rəqəmsal transformasiya, nəqliyyat, iqlim və sülh diplomatiyası sahəsində Azərbaycanla əməkdaşlıq Avropa üçün getdikcə daha cəlbedici və strateji xarakter alır. Bugün Bakı ilə Brüssel arasında, tərəfdaşlıq, qarşılıqlı hörmət və uzunmüddətli maraqlar əsasında qurulmuş siyasi dialoq körpüsü mövcuddur.

Azərbaycan və ABŞ arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, regional və qlobal əhəmiyyəti olan əməkdaşlıq forması kimi önə çıxmışdır. Bu əlaqələrin əsasında dayanacaq üç əsas istiqamət – enerji təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və regional sülhün möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində və ABŞ-ın Qafqaz regionundakı strateji maraqlarında mühüm yer tutur.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycan Avropanın enerji bazarlarına diversifikasiya edilmiş, etibarlı və alternativ marşrutlar vasitəsilə qaz və neft tədarükünü təmin edən əsas ölkələrdən biridir. Əməkdaşlıq sayəsində Azərbaycan, həmçinin. Qərb bazarlarında öz iqtisadi və siyasi təsirini artırmaqla, digər məsələlərin enerji monopoliya təsirini zəiflətməyə mühüm töhfələr verir. Bütün bunlar isə təbii ki, regionda və qlobal səviyyədə ABŞ-ın maraqlarına cavab verir.

Eyni zamanda, terrorizm və ekstremizmlə mübarizədə Azərbaycanın ABŞ ilə əməkdaşlığı ölkənin milli təhlükəsizliyinin təminatında vacib amildir. ABŞ-ın regiondakı antiterror strategiyalarında Azərbaycan önəmli partnyor kimi çıxış edir. İki ölkənin təhlükəsizlik orqanları arasında mütəmadi təcrübə mübadiləsi, kəşfiyyat əməkdaşlığı və birgə əməliyyatlar terror təhlükəsinin azalmasına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Regional sülh və sabitliyin təşviqi də Azərbaycan – ABŞ münasibətlərinin əsas prioritetlərindəndir. Azərbaycan öz qonşuları ilə münasibətlərdə konstruktiv siyasət yürüdərək, regional münaqişələrin həlli, sərhəd təhlükəsizliyi və əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər göstərir. ABŞ bu səyləri dəstəkləyərək, Cənubi Qafqazda sülhün bərqərar olunmasına töhfə verməkdə maraqlıdır.

28 may 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu da bu strateji əməkdaşlığın bariz nümunəsidir. Məktubda Azərbaycan – ABŞ münasibətlərinin terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və qonşularla sülh sahələrində yüksək səviyyədə inkişaf etdiyi vurğulanır və bu amil iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın daha da möhkəmlənməsi üçün zəmin yaradır.

Ümumilikdə, Azərbaycan – ABŞ münasibətləri həm regional, həm də qlobal səviyyədə qarşılıqlı maraqlara xidmət edən, dayanıqlı və çoxşaxəli xarakter daşıyan əməkdaşlıqdır. İkitərəfli əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir, regionda sabitliyin qorunmasına töhfə verir və enerji təhlükəsizliyi sahəsində strateji əhəmiyyət kəsb edir. Gələcəkdə də bu əməkdaşlığın daha da dərinləşməsi və genişlənməsi ehtimalı yüksəkdir ki, bu da həm iki ölkənin, həm də regionun inkişaf perspektivlərini daha da parlaq edir.

Sonda qeyd edə bilərik ki, Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslı və çoxölçülü strategiya əsasında quraraq öz milli maraqlarını və regional stabilliyi təmin edir. Çinlə strateji iqtisadi əməkdaşlıq, Avropa İttifaqı ilə enerji və siyasi dialoq, ABŞ-la təhlükəsizlik və enerji tərəfdaşlığı, İranla isə pozitiv qonşuluq münasibətləri Azərbaycanın beynəlxalq siyasətinin uğurla reallaşdığını göstərir. Bu cür çoxşaxəli yanaşma Azərbaycanı regional lider kimi möhkəmləndirir və ölkənin qlobal arenada nüfuzunu artırır. Belə bir xarici siyasət modeli həm bugünün çağırışlarına cavab verir, həm də Azərbaycanın gələcək inkişaf perspektivlərini genişləndirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri