Azərbaycanın xarici ticarətinin müsbət saldosu qızıl idxalı nəzərə alınmadan 7 milyard dollar olub
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə Azərbaycanın idxalının dəyəri qızıl nəzərə alınmadan 2024-cü illə müqayisədə 2,1 % artaraq 18 milyard 120 milyon ABŞ dolları təşkil edib.
Son nəticədə qızıl nəzərə alınmadan xarici ticarətdə 6 milyard 922,8 milyon ABŞ dolları müsbət saldo yaranıb.
Ötən il qiymətli metal makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi 6 milyard 259,7 milyon ABŞ dolları dəyərində idxal olunub.
Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, idxalın dinamikasının və yaxud daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri isə 8,1 % artaraq 3 milyard 628,2 milyon ABŞ dolları təşkil edib və müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















