Icma.az
close
up
RU
Azərbaycanın xilası: Ümid və inamın gücləndiyi tarixi gün

Azərbaycanın xilası: Ümid və inamın gücləndiyi tarixi gün

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

3 sentyabr 1991-ci il Azərbaycanın müasir dövlətçilik tarixində əlamətdar bir gündür. Bu tarix xalqımızın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri kimi yadda qalıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, 1991-ci ilin 3 sentyabr tarixi sadəcə sıradan bir gün deyildi: “Bu, 70 ildən artıq müddət ərzində müstəqillik arzusunda yaşayan xalqımızın özündə böyük güc taparaq Böyük Lideri ilə yeni bir mübarizəyə başladığı gün idi. Həmin gün dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Xalqın itməkdə olan ümidləri dirçəldi, gələcəyə inamı daha da gücləndi. Ulu Öndərin Ali Məclisin Sədri kimi fəaliyyəti yalnız Naxçıvanda deyil, bütün Azərbaycan üzrə ölkəmizin gələcəyinə inamı artırdı. Azərbaycanın digər bölgələrində yaşayan insanlar böyük dövlət xadiminə teleqramlar, məktublar göndərərək, qarşılaşdıqları çətinliklərin və bəlaların Onun uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını bildirirdilər. Bu proses göstərdi ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi”.

S.Salmanova vurğulayıb ki, Azərbaycan xalq ıəmin idi ki, ölkəni ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu Heydər Əliyevin rəhbərliyinə qayıdışıdır: “Xalqımızın istəyi ilə Ulu Öndər Naxçıvandan Bakıya dəvət olundu və qısa müddət ərzində Azərbaycan demokratik prinsiplərə sadiq bir dövlət kimi sürətlə inkişaf etməyə başladı. Ölkəmiz beynəlxalq aləmdə tanındı və dünya birliyinə inteqrasiya yolunda böyük nailiyyətlər qazandı”.

Parlamentari söyləyib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin həm Ali Məclisin Sədri olduğu, həm də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyəti dövrü ölkədə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə yadda qalıb: “Çətin və mürəkkəb dövrdə Ulu Öndərin yorulmaz mübarizəsi yeni bir epoxanın başlanğıcı oldu. Bu epoxa Azərbaycanın xilası, inkişafı və tərəqqisi epoxasıdır. Milli birliyimizi qorumaq, dövlətçiliyə sədaqətlə xidmət etmək və gələcək nəsillərə uğurlu örnək göstərmək hər birimizin vəzifəsidir.

Beləliklə, 3 sentyabr həm də xalqımızın böyük lideri Heydər Əliyevin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqillik yolunda qazandığı tarixi nailiyyətlərin rəmzidir. Bu gün biz Ulu Öndərin ideyalarını yaşatmaqla, dövlətimizi daha da güclü, müstəqil və firavan bir ölkə kimi inkişaf etdirmək üçün bir daha əzmlə çalışmalıyıq”.

S.Salmanova bildirib ki, bu gün Ulu Öndərin başlatdığı uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmiz həm milli maraqların qorunması, həm də dövlətçiliyin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli uğurlar əldə edib. Eyni zamanda iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi və strateji islahatlar ölkəmizi dayanıqlı və perspektivli bir dövlətə çevirib.

Prezidentin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənir, ölkəmizin səsi və nüfuzu dünya arenasında yüksək qiymətləndirilir. Eyni zamanda, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə sadiqliyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanılır.

Bu siyasət yalnız indiki nəsillərə deyil, gələcək nəsillərə də örnəkdir və Ulu Öndərin ideyalarının yaşadılmasının təminatıdır. Azərbaycanın firavan və müstəqil gələcəyi, həmçinin torpaqlarımızın azadlığı, iqtisadi uğurlar və güclü dövlət quruculuğu Prezident tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir. Bu proses göstərir ki, xalqımızın əldə etdiyi nailiyyətlər möhkəm təməl üzərində qurulub və gələcəkdə də daha böyük inkişaf üçün zəmin yaradıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri