Icma.az
close
up
RU
Ümid və gələcəyə inamın simvolu...

Ümid və gələcəyə inamın simvolu...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Milad nədir, harada və necə qeyd olunur?

Bu gün xristianlar Milad Bayramını qeyd edirlər. İsa Peyğəmbərin anadan olduğu gün kimi qəbul edilən 25 dekabr həmçinin Doğuş Bayramı, ya da Milad Ziyafəti kimi adlarla da məşhurdur. Xristian dünyası bu bayramı yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu kimi qəbul edirlər. Bayram həm dini, həm də mədəni mənada böyük əhəmiyyətə malikdir. Məlumdur ki, İsa Peyğəmbər xristianlar üçün Tanrının oğlu olaraq qəbul edilir, onun doğumu dünyaya ümid və sevgi gətirmək məqsədi daşıyır.

Milad Bayramının rəsmi olaraq təyin edilməsi və qeyd olunması İsa Peyğəmbərin doğumundan uzun müddət sonra baş verib. Belə ki, Miladın ilk dəfə qeyd olunması 4-cü əsrdə (336-cı ildə) Roma İmperiyasının imperatoru I Konstantin tərəfindən Roma şəhərində təşkil olunan bir kilsə şurasında qəbul edilib. Bayramın ən məşhur simvollarından biri Milad ağacıdır. Bu, ənənəvi olaraq ya təbii, ya da süni olaraq bəzədilir. Ağacın üzərində müxtəlif rəngli işıqlar, oyuncaq və bəzəklər olur.

Hədiyyə vermək isə Miladın ən çox sevilən ənənələrindən biridir. Bu, insanlar arasında sevgi və əlaqələrin möhkəmlənməsinə xidmət edir. Hədiyyələr Milad səhərində, ya da 24 dekabr gecəsi verilir.

Milad bayramında xüsusi yeməklər hazırlanır. Bu yeməklər ölkəyə və ənənələrə görə dəyişə bilər, lakin ənənəvi olaraq, şirniyyatlar, xüsusilə Milad tortu, keklər, təzə bişirilmiş çörəklər və yemək süfrələri önə çıxır.

Ölkələrin maraqlı Milad adətləri

Milad bayramı dünyanın müxtəlif yerlərində fərqli yollarla qeyd olunur. Advent təqvimləri, hinduşka qızartması və Şaxta babanın bacadan gəlməsini gözləmək bir çox ölkələrdə bayramın əsas hissəsidir. Lakin bəzi bölgələrin daha unikal ənənələri də var. Gəlin, dünyanın ən maraqlı və fərqli Milad adətlərinə nəzər salaq:

Yaponiyada Milad süfrəsində hinduşka əvəzinə, Kentukki-qızardılmış toyuq üstünlük təşkil edir. Bu, kiçik ev sobalarının istifadəsi və KFC-nin uğurlu reklam kampaniyası nəticəsində ənənəyə çevrilib. Hətta Milad üçün KFC-də yemək sifarişi etmək lazımdır. Polkovnik Sandersin heykəlləri də Santa geyimində görünür.

Norveçdə insanlar Milad gecəsi süpürgələri gizlədirlər. Çünki inanclara görə, həmin gecə pis ruhlar və cadugərlər gəlir. Süpürgələri gizlətməmək bayram sevincini poza bilər.

Venesuelanın paytaxtı Karakas şəhərində insanlar kilsə ibadətinə konki ilə gedirlər. Milad həftəsi yollar bağlanır və bu adət təhlükəsiz şəkildə davam edir.

Avstriyada Krampus adlı iblis Miladdan əvvəl pis uşaqları qorxudur. İnsanlar şeytan paltarında küçələrdə gəzərək pis uşaqları cəzalandırmaq üçün onlara qorxu yaşadırlar.

Kataloniyada isə “Caga Tio” adlı maraqlı bir ənənə var. İnsanlar ağac kötüyünə üz çəkib papaq taxır və onu şirniyyatla qidalandırırlar. Milad ərəfəsində kötüyü çubuqla döyərək şirniyyatın ortaya çıxmasını gözləyirlər. Bu adət çox qəribə və əyləncəli görünür.

İsveçdə nəhəng Yule keçiləri düzəldilir. Ən məşhuru Gavle şəhərində olur və hər il bəzən yandırılmaq təhlükəsi ilə üzləşir.

Qvatemalada insanlar Miladdan əvvəl evlərini təmizləyir və bütün zibili toplayıb yandırırlar. Bu, şeytanı qovmaq və yeni ilə təmiz başlamaq üçün edilir.

Ukraynada ağaclar hörümçək torları ilə bəzədilir. Bu adət köhnə bir nağıldan ilhamlanıb və uğur gətirdiyinə inanılır.

Portuqaliyada “konsoda” zamanı masaya mərhum qohumlar üçün də yerlər hazırlanır. Bu adət ailəyə uğur gətirir və hər kəsi bir araya gətirir.

İtaliyada La Befana adlı qoca cadugər uşaqlara hədiyyələr gətirir. Əfsanəyə görə, o, vaxtilə İsa peyğəmbəri ziyarət etmək fürsətini qaçırıb.

Çexiyada subay qadınlar Milad ərəfəsində arxalarını qapıya çevirib ayaqqabılarını çiyinlərindən atırlar. Əgər ayaqqabının ucu qapıya tərəf düşərsə, həmin il evlənəcəklərinə inanırlar.

Almaniyada uşaqlar dekabrın 5-də qapılarının qarşısına çəkmə qoyurlar. Səhər çəkmələrdə şirniyyat tapsalar, yaxşı davrandıqlarını bilirlər. Əks halda, çəkmədə yalnız bir budaq görürlər.

Hər bir ənənə fərqli olsa da, hamısı Miladın sevincini və birlik ruhunu paylaşır.

Miladla Yeni il eyni bayramdır?

Bəzən Milad ilə Yeni ilin eyni bayram olduğunu düşünənlər var. Hətta bununla bağlı insanlarda müəyyən çaşqınlıqlar da yaranır. Lakin qeyd etdiyimiz kimi, Milad İsa peyğəmbərin anadan olması ilə bağlıdır və 25 dekabrda qeyd olunan xristianlara məxsus bir bayramdır.

Yeni il isə müəyyən bir dini bayram deyil və dünya miqyasında bir çox ölkədə bir ilin bitib digərinin başlamasının qeyd olunduğu gecəyə verilən addır. 31 dekabr gecəsi qeyd olunur və 1və 2 yanvar günləri bir çox ölkədə rəsmi tətil hesab olunur.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see303

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see270

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see266

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see265

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see255

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see255

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see249

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see248

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see247

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see235

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see226

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see225

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see213

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see211

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see210

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see210

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see198

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see197

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri