Icma.az
close
up
RU
Azərbaycanın yeni dünya nizamında tutacağı mövqe xüsusi əhəmiyyət kəsb edir ŞƏRH EDİLDİ

Azərbaycanın yeni dünya nizamında tutacağı mövqe xüsusi əhəmiyyət kəsb edir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şuşada keçirilən ənənəvi konfrans bu gün dünyada mövcud olan ən aktual problemlərdən birinə həsr olunmuşdur". Bu sözləri Şuşada keçirilən "Yeni dünya nizamı və mümkün əməkdaşlıq prespektivləri" mövzusunda keçirilən konfransda SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, konfransın əsas mövzusu “Yeni dünya nizamı və mümkün əməkdaşlıq perspektivləri” olub və bu istiqamətdə olduqca maraqlı çıxışlar səsləndirilib. Tədbirdə iştirak edən nümayəndələrin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələri təmsil edən, eyni zamanda Azərbaycanla ikitərəfli münasibətləri ən yüksək səviyyədə olan dost və qardaş ölkələrin nümayəndələri idi: "Bu çıxışlar bir daha təsdiq etdi ki, yeni dünya düzənində ortaq dəyərləri paylaşan türk dövlətlərinin birliyi, həmrəyliyi və gələcəyə baxışları olduqca vacibdir. Konfransda çox sayda maraqlı fikirlər səsləndirildi. Bu gün tarixi bir mərhələdə dayandığımızı nəzərə alsaq, Azərbaycanın yeni dünya nizamında tutacağı mövqe, qardaş Türkiyə ilə birgə oynayacağı rol xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycanın, həm də Türkiyənin liderlərinin uzunmüddətli strateji əməkdaşlıq planları, siyasi baxımdan irəli sürdükləri təşəbbüslər, bu yeni mərhələdə mühüm əhəmiyyət kəsb edir və real zəminə söykənir.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” fikrini bir daha gündəmə gətirərək beynəlxalq ədalət çağırışı edib. Azərbaycan Prezidenti isə çıxışında yeni formalaşan dünya düzənində ölkəmizin mövqeyini və baxışlarını ifadə edərək, Türk Dövlətləri Təşkilatının yaxın gələcəkdə bu düzəndə əsas mərkəzlərdən birinə çevriləcəyini vurğulayıb. Bu isə o deməkdir ki, yeni dünya nizamında türk dünyası artıq kənardan müşahidəçi yox, proseslərin aktiv iştirakçısına çevrilmək ərəfəsindədir.

Tarix göstərir ki, birinci və ikinci Dünya müharibələrindən sonra yaranan beynəlxalq düzəndə türk xalqları vurucu güc kimi iştirak etməyiblər. Lakin bu gün vəziyyət fərqlidir – artıq belə bir şans və fürsət mövcuddur. Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətlərinə əsaslanan, gələcəyə hesablanmış strateji əməkdaşlığı nəticəsində bu gün baş verən hadisələr reallığa çevrilməkdədir.

Türk xalqlarının yeni dünya nizamında öz gələcəyini müəyyənləşdirməsi prosesi artıq başlamışdır. Bu məqsədlə də azad olunmuş Şuşa şəhəri – yəni Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalandığı müqəddəs məkandan dünyaya verilən mesaj xüsusi simvolik məna daşıyır. Bu, təkcə Azərbaycan və Türkiyənin yox, həm də bu dövlətlərin mövqeyini bölüşən digər dost və qardaş ölkələrin birlik nümayişidir.

Konfransda Çin, Ukrayna, Serbiya, Türkmənistan və Şimali Kipr Türk Respublikasının nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr, əslində yeni dünya nizamında bu xalqların da layiqli yer tutması istiqamətində verilmiş güclü bir mesaj idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri