Icma.az
close
up
RU
“Görüş mühüm siyasi hüquqi əhəmiyyət kəsb edir” ŞƏRH EDİLDİ

“Görüş mühüm siyasi hüquqi əhəmiyyət kəsb edir” ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə keçirdiyi görüş və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin “Fəxri vətəndaşı” vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya müstəvisində olduqca mühüm siyasi-hüquqi əhəmiyyət kəsb edir.

Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ilk növbədə bu hadisə ölkəmizin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən müstəqil, ardıcıl və prinsipial xarici siyasət kursunun növbəti əyani təzahürüdür. Sabiq prezidentlə iki onillikdən artıq bir dövrü əhatə edən şəxsi dostluq və tərəfdaşlıq münasibətlərinin fonunda baş tutan bu dialoq Azərbaycan–Ukrayna əlaqələrinin strateji xarakterini və zamanın sınaqlarından uğurla keçdiyini sübut edir:

“Məsələnin hüquqi və siyasi mahiyyətinə nəzər saldıqda, dövlət başçımıza İrpin şəhərinin fəxri vətəndaşı statusunun verilməsi təsadüfi xarakter daşımır və yalnız diplomatik nəzakət qaydaları ilə məhdudlaşmır. İrpin şəhəri hərbi əməliyyatların gedişində ən çox dağıntıya məruz qalmış, mülki infrastrukturu ciddi zərər görmüş yaşayış məntəqələrindən biridir.

Azərbaycan dövləti müharibənin ilk günlərindən etibarən beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq Ukraynanın mülki əhalisinə, xüsusən də dağılmış sosial obyektlərin bərpasına böyük dəstək göstərmişdir. İrpin şəhərində yerləşən və Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan 12 nömrəli məktəbin, eləcə də digər vacib infrastruktur obyektlərinin Azərbaycan tərəfindən qısa müddətdə tam bərpa edilməsi humanitar diplomatiyamızın parlaq nümunəsidir.

Dolayısı ilə, bu fəxri adın cənab Prezidentə təqdim olunması Ukrayna dövləti və yerli özünüidarəetmə orqanları tərəfindən Azərbaycanın göstərdiyi böyük humanitar yardımlara, sülhpərvər mövqeyə və fəal quruculuq missiyasına verilən rəsmi və hüquqi qiymətdir.

Eyni zamanda bu addım Azərbaycanın xarici siyasətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyinin beynəlxalq aləmdə necə yüksək qiymətləndirildiyini nümayiş etdirir. Ölkəmiz hər zaman BMT Nizamnaməsi başda olmaqla, beynəlxalq hüquq sənədlərinə istinad edərək bütün dövlətlərin tanınan sərhədləri daxilində bütövlüyünü dəstəkləyib və bu prinsipial mövqeyini davam etdirir. İrpinin fəxri vətəndaşlığı həm də iki xalq arasında mövcud olan tarixi dostluq və həmrəylik əlaqələrinin institutlaşması, dövlətlərarası münasibətlərin insan hüquqları, sivilizasiyalararası dialoq və humanitar dəyərlər üzərində möhkəmlənməsi deməkdir. Bu mühüm hadisə bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sabitliyin, quruculuğun və sülhün tərəfdarı kimi çıxış edən etibarlı beynəlxalq subyektdir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri