Azərbaycanın yeni paytaxtı hara ola bilər? Prezident iki şəhərə işarə etdi
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində bir sıra məsələlər diqqət çəkib. Məsələn, ölkə başçısının Xankəndi və Ağdamla bağlı səsləndirdiyi fikirlər müzakirə obyekti olub.
Sitat: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”.
Qeyd edilən çıxış “Bakıya alternativ paytaxt seçimi” kimi dəyərləndirilir. İllərdir ki, bu mövzu ətrafında müzakirələr gedir və əksəriyyət müvafiq qərarın verilməli olduğunu bildirir.
Xankəndi və ya Ağdam gələcəkdə ölkənin paytaxtı ola bilərmi?
Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Prezident müsahibəsində azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək bu rəqəmin daha da arta biləcəyini deyib:
“Bu il Xankəndində ciddi həcmdə investisiya qoyulub, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Vətəndaşların qayıtmasını təmin etmək məqsədilə ardıcıl və sistemli tədbirlər görülür. Bu çərçivədə Qarabağ Universiteti fəaliyyətə başlayıb və hazırda təxminən 1400-1500 tələbə müxtəlif fakültələr üzrə təhsil alır. Fakültələrin sayı artırılır, yeni tədris korpusları inşa edilir və bu sahədə gələcəkdə də mühüm irəliləyişlər gözlənilir. Eyni zamanda Xankəndidə daimi məskunlaşma prosesinə də ciddi şəkildə start verilib”.
Arzuxan Əlizadə
Deputat bildirib ki, Ağdam şəhərinin 100 min nəfərlik əhali üçün planlaşdırılması əsas hədəflərdən biridir:
“Şəhərdə genişmiqyaslı tikinti işləri aparılır, müasir infrastruktur yaradılır, yollar, otellər, istehsal müəssisələri və Ağdam Sənaye Parkı çərçivəsində layihələr həyata keçirilir. O cümlədən, Ağdamın ətraf kəndlərində də formalaşma prosesi gedir və məskunlaşma artıq başlayıb. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, məşğulluğun artırılması, yeni müəssisələrin və iş yerlərinin yaradılması, eləcə də gələcəkdə Zəngəzur kommunikasiya qovşağının açılması regionun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək”.
Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan hökuməti bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görür:
“Bütün bu proseslər uzun illər ərzində Bakıya yönəlmiş intensiv miqrasiyanın azalmasına da təsir göstərə bilər. Paytaxtda yaranmış sıxlıq, tıxaclar və mövcud infrastrukturun artan tələblərə cavab verməməsi ciddi narahatlıq doğurur. Bu baxımdan regionlarda məskunlaşmanın təşviqi xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bu məsələyə dövlət səviyyəsində ciddi yanaşıldığını bir daha nümayiş etdirir. Lakin bütün sadalananların fonunda iki şəhərdən hansının “paytaxt perspektivi” anlayışı daşıyacağını indidən demək mümkün deyil. Gələcəkdə hər iki şəhərdəki məskunlaşma, quruculuq və yaradılan infrastruktur şəraitinə baxaraq bu barədə müəyyən mənada fikir bildirmək olar”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 06 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















