Icma.az
close
up
RU
Azərbaycanın yeni tələbi” iddiası: “Gerb məsələsi sülh prosesində əsas mövzu deyil”

Azərbaycanın yeni tələbi” iddiası: “Gerb məsələsi sülh prosesində əsas mövzu deyil”

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan sülh prosesi çərçivəsində Ermənistana qarşı yeni tələb irəli sürüb.

Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

“Azərbaycan Ermənistanın gerbinin dəyişdirilməsi və ya Ağrı dağı mənzərəsinin oradan çıxarılmasını tələb edir”, - erməni nəşri bildirib.

Məqalədə qeyd edilir ki, bu, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra rəsmi Bakının növbəti tələbidir.


Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Azərbaycan sülh prosesində əsas diqqəti ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin açılması və qarşılıqlı hüquqi öhdəliklərin yerinə yetirilməsinə yönəldib:


"Gerb və ya simvolik məsələlər isə əsas prioritetlər arasında yer almır. Rəsmi Bakı Ermənistanla real və konstruktiv danışıqlar yolu ilə sülh müqaviləsinin bağlanmasını əsas hədəf olaraq görür. Gerb kimi simvolik məsələlərin bu mərhələdə sülh danışıqlarında əsas gündəm mövzusu olması inandırıcı deyil. Sülh prosesi mərhələli şəkildə aparılır və Azərbaycan tərəfindən hər bir tələb müəyyən siyasi və hüquqi zərurətə əsaslanır. Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyinə qarşı qeydlərin olması  məsələn, keçmiş “Dağlıq Qarabağ”a aid iddialar reallıqda hüquqi problem yaratdığı üçün Bakının buna münasibət bildirməsi normaldır. Düzdür, həm Ermənistan dövlət gerbi həm də İrəvan şəhərinin gerbində tarixi səhvlər və ərazi iddiasını özündə əks etdirən elementlər var. Lakin bunlar daha çox tarixi-mədəni kontekstdə qiymətləndirilməlidir. Belə bir məsələ ancaq digər əsas şərtlər yerinə yetirildikdən sonra, daha geniş siyasi dialoq çərçivəsində müzakirə oluna bilər. Bu mərhələdə isə belə bir tələb irəli sürülməsi həm diplomatik, həm də strateji baxımdan real görünmür".


Politoloq əlavə edib ki, Ermənistan siyasi dairələri və media orqanları zaman-zaman Azərbaycanı agressiv, maksimalist və qeyri-konstruktiv tərəf kimi təqdim etməyə çalışırlar:

"Bununla məqsəd həm daxili auditoriyanı səfərbər etmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır. “Hraparak” qəzetinin yaydığı məlumat bu mənada klassik bir psixoloji informasiya müharibəsi nümunəsidir. Gerb məsələsini sülh prosesinə bağlamaq, Azərbaycanın diplomatik nüfuzuna xələl gətirmək məqsədi daşıya bilər. Bu, Ermənistan daxilində antitürk, anti-Azərbaycan ovqatını gücləndirmək üçün istifadə olunan bir vasitədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri