Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı "Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə"də dəyişiklikləri imzalayıb.
Qərara əsasən, Azərbaycanın xarici ticarət nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluqdan kənarda yerləşdikdə onun binasında və ya ərazisində ölkənin və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və normativ hüquqi aktlara uyğun olaraq Azərbaycanın Dövlət Bayrağı qaldırılır.
Eyni zamanda, Azərbaycan Dövlət Gerbinin qabarıq təsviri, ana dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) "Azərbaycanın (Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğunun olduğu ölkə üzrə təyin olunduğu səfirliyin və ya konsulluğun adı, səfirlik və ya konsulluğun olmadığı ölkə üzrə isə müvafiq ölkənin adı) ticarət nümayəndəsi" yazısı olan lövhə vurulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















