Azərbaycanın yeniyetmə cüdoçuları üçün maarifləndirici görüş keçirilib
Icma.az, Sia Az saytına istinadən bildirir.
Cüdo üzrə yeniyetmə qızlardan ibarət millinin üzvləri ilə maarifləndirici görüş keçirilib.
Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, toplantıda Beynəlxalq Cüdo Federasiyasının antidopinq üzrə koordinatoru Andrea Ember və məlumat təhlükəsizliyi üzrə ekspert Tamas Vass iştirak ediblər.
Tədbirin əsas məqsədi gənc idmançıların antidopinq qaydaları, ədalətli oyun prinsipləri və təmiz idmanın əhəmiyyəti barədə məlumatlandırılması olub. Andrea Ember çıxışında vurğulayıb ki, idmanda uğurun əsasında yalnız fiziki hazırlıq deyil, eyni zamanda dürüstlük və məsuliyyət dayanır.
O bildirib ki, dopinqdən uzaq durmaq hər bir idmançının şəxsi məsuliyyətidir və bu istiqamətdə erkən yaşlardan düzgün biliklərin formalaşdırılması böyük əhəmiyyət daşıyır. Ember həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə tətbiq olunan antidopinq qaydalarına riayət etmək idmançıların karyerasını qorumaq və inkişaf etdirmək üçün vacibdir.
Görüş zamanı idmançılar antidopinq prosedurları, qadağan olunmuş maddələr və test prosesi ilə bağlı ətraflı məlumat əldə edib, onları maraqlandıran suallara cavab tapıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Mart 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















