Azərbaycanın yeniyetmə cüdoçuları üçün seminar təşkil olunub
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
525.az-a bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.
Tədbir ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin rəhbərliyi ilə keçirilib.
Qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah olunub, müxtəlif vəziyyətlər üzrə qərarvermə meyarları müzakirə edilib. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha düzgün mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın təkmilləşdirilməsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 15 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















