Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq Vanq Huiyao
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Çinin İpək Yolunu asanlaşdıran "Bir Kəmər, Bir Yol" Təşəbbüsü var və biz onu canlandıracağıq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş Dövlət müşaviri Vanq Huiyao Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
O bildirib ki, Çin yeni bir dəhlizin, yeni əlaqələrin genişləndirilməsinə kömək etmək istəyir. Vanq Huiyao Çindən Avropaya daşınmaların həcminin artdığını deyib. “Düşünürəm ki, bütün bu fərqli dəhlizlər birlikdə işləməlidir. Çinin "Bir Kəmər, Bir Yol" layihəsi artıq 12 ildir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərində 3000-dən çox layihəyə bir trilyon ABŞ dollarından çox sərmayə qoyulub. Bu cür yanaşma, infrastruktur, insanlar arasında mübadilə rifahı, sabitliyi qorumaq və sülh yaratmaq üçün həqiqətən vacibdir. Çinin bütün bu böyük işləri görməsi, düşünürəm ki, çox faydalıdır. Azərbaycan əla bir ölkədir. Mən orada dəfələrlə olmuşam. Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq”,- deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Fevral 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















