Icma.az
close
up
RU
Azərbaycanın “yumşaq gücü” artıq rəqəmsal sahədə də özünü göstərir RƏY

Azərbaycanın “yumşaq gücü” artıq rəqəmsal sahədə də özünü göstərir RƏY

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Biz artıq təcrübə öyrənən ölkə deyil, təcrübə ixrac edən dövlətik”

Azərbaycanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq reytinqlərdə də öz nəticəsini göstərir.

BMT-nin 19 noyabr 2026-cı ildə açıqladığı Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə hesabatda Azərbaycan mühüm irəliləyişə nail olub. Ölkəmiz 2024-cü ildə 74-cü pillədə qərarlaşdığı reytinqdə 36 pillə irəliləyərək 38-ci mövqeyə yüksəlib.

Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib. Bu isə 2024-cü ilin 0,7607 bal olan göstəricisi ilə müqayisədə 16,3 faizlik artım deməkdir. Bununla da Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında yer alaraq rəqəmsal inkişaf səviyyəsi yüksək olan ölkələr qrupuna yüksəlib.

Siyasi şərhçi Elmira Talyabzadə Sherg.az-a açıqlamasında bu nəticənin Azərbaycanın dövlət idarəçiliyində həyata keçirdiyi rəqəmsal transformasiyanın göstəricilərindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, əldə olunan nəticə dövlət idarəçiliyinin müasirləşməsi və rəqəmsal texnologiyaların gündəlik həyata daha geniş tətbiq olunması baxımından əhəmiyyətlidir:

“Bu, əlbəttə ki, çox əhəmiyyətli nəticədir. Çünki ölkəmizdə dövlət idarəçiliyinin müasirləşməsi və rəqəmsal texnologiyaların gündəlik həyata daha geniş tətbiq olunmasının bariz göstəricisidir.

Ən sadə formada desək, bu o deməkdir ki, vətəndaş artıq bir çox dövlət xidmətindən istifadə etmək üçün müxtəlif qurumların qapısını döyməli deyil. Bir çox sənədi, arayışı və digər xidmətləri elektron qaydada əldə edə bilir. Bu, həm vaxta qənaətdir, həm də dövlət-vətəndaş münasibətlərində rahatlıq və şəffaflığın artması deməkdir”.

Siyasi şərhçi Azərbaycanın elektron xidmətlər sahəsində formalaşdırdığı ASAN xidmət modelinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Burada xüsusilə ASAN xidmət modelini qeyd etmək lazımdır. Azərbaycan bu sahədə özünəməxsus bir model yaradıb. Bu gün həmin model artıq ölkəmizin sərhədlərindən kənarda da tətbiq olunur. Pakistan, Özbəkistan, İndoneziya, Efiopiya, Uqanda və Əfqanıstan kimi ölkələr Azərbaycanın bu təcrübəsindən istifadə edirlər.

Məncə, biz artıq başqa ölkələrin təcrübəsini öyrənən dövlət deyilik, öz təcrübəmizi də digər ölkələrlə bölüşürük. Azərbaycan bu sahədə müəyyən mənada “təcrübə ixrac edən” ölkəyə çevrilib. Bu da ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir”, - deyə E.Talyabzadə qeyd edib.

O bildirib ki, rəqəmsal idarəetmənin inkişafı Azərbaycanın xarici siyasəti və beynəlxalq əməkdaşlıq imkanları baxımından da əhəmiyyətlidir.

“Adətən Azərbaycanın beynəlxalq mövqeyindən danışarkən enerji, nəqliyyat, logistika və regional təhlükəsizlik məsələlərini ön plana çəkirik. Amma qeyd etdiyimiz rəqəmsal idarəetmə və ASAN xidmət modeli də artıq Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən istiqamətlərdən biridir.

Bu, ölkəmizin “soft power”, yəni “yumşaq gücünün” müsbət təcrübəsi və uğurlu təşəbbüsləri vasitəsilə beynəlxalq təsir imkanlarının artmasına kömək edir”, - siyasi şərhçi vurğulayıb.

Elmira Talyabzadənin sözlərinə görə, Azərbaycanın əldə etdiyi nəticə son illərdə həyata keçirilən islahatların məntiqi davamı kimi qiymətləndirilə bilər. Bununla yanaşı, rəqəmsal transformasiya istiqamətində qarşıda mühüm vəzifələrin də olduğunu bildirib:

“Əlbəttə, qarşıda görüləcək işlər də çoxdur. Amma yenə də bugünkü reallıqlarda rəqəmsal xidmətlərin keyfiyyətini artırmaq, regionlarda imkanları genişləndirmək və süni intellekt texnologiyalarını dövlət idarəçiliyinə daha çox tətbiq etmək vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri