Icma.az
close
up
RU
Azərbaycanın Zəfər Günü Türkmənistandakı səfirliyimizdə də qeyd olundu

Azərbaycanın Zəfər Günü Türkmənistandakı səfirliyimizdə də qeyd olundu

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Türkmənistandakı səfirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib. Səfir ölkəmizin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsi ilə beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini, hazırda Azərbaycanın bütün suveren ərazisində dövlət bayrağımızın dalğalandığını vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Böyük Qayıdış, habelə bu gün də təhdid olaraq davam edən mina təhlükəsinə toxunub. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini, hazırda sazişin əsas maddələrinin razılaşdırıldığını diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, həmçinin sərhədlərin delimitasıya prosesinin davam etdirildiyini bildirib. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini deyib.

İkitərəfli münasibətlərə toxunan səfir Azərbaycan və Türkmənistanın enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və bərpaolunan enerji ilə bağlı önəmli işlər görüldüyünü, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və bu çərçivədə noyabrın 12-13-də baş tutacaq Liderlər Sammitinin Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyi tərəfindən etibarlı tərəfdaş dövlət kimi tanınmasının əyani sübutu olduğunu vurğulayıb.

Daha sonra Türkiyə, Qazaxıstan, Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də Özbəkistanın müvəqqəti işlər vəkili çıxış edərək, Zəfər Günü ilə bağlı təbriklərini çatdırıblar. Onlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının Azərbaycan xalqı üçün ədalətin bərpası və tarixi nailiyyət ifadə etdiyini, eyni zamanda.ş bunun Türk dünyası üçün ilham qaynağı olduğunu qeyd ediblər.

Tədbirdə, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri