Icma.az
close
up
RU
Azərbaycanın zəngin enerji gündəliyi beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanın zəngin enerji gündəliyi beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Bakı Enerji Forumunu artıq 30 ildir təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, bu uğurlu yolun başlanğıcı isə 1994-cü ildən start götürüb: "Belə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal enerji səhnəsində ilk cəsarətli addımlarını atan Azərbaycan sabit siyasi sistemi, inkişaf edən iqtisadiyyatı olan ölkəyə çevrilib. Yubiley münasibətilə göndərilən təbrik məktublarında da Azərbaycanla əməkdaşlıqda enerji müstəqilliyinin dayanıqlılığı əsas prioritet kimi vurğulanır, ölkəmizin enerji gündəliyi davamlı olaraq dəstəklənir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın həqiqətən də enerji təhlükəsizliyinin regionda və daha geniş coğrafiyada həlledici oyunçu olduğunu sübut etdiyi qeyd olunur.

Beləliklə, “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirir. 30 ölkədən 200-dən çox şirkəti qəbul edən builki forumun açılış məsamində dövlət başçımız da vurğuladı ki, “bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”.

Azərbaycan regionda yeni mühit formalaşdırır, Avropanın enerji təhlükəsizliyinin təminatçısına, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bir il əvvəl Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 8 idisə, bu gün artıq bu rəqəm 12-yə çatıb. İxrac coğrafiyasının genişlənməsi Azərbaycanın geosiyasi əhəmiyyətinin ilbəil artdığını təsdiqləyir".

"Azərbaycan həm də enerji resurslarının düzgün idarə edilməsi, hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar balansına diqqət yetirilməsi nümunəsi sərgiləyir.

Dünyada qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balansın nəzərə alınmadığı bir vaxtda ölkəmiz həm də yaşıl gündəliyini zənginləşdirməkdədir. Belə ki, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq.

Təsadüfi deyil ki, məh zötən il “Bakı Enerji Həftəsi” çərçivəsində 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Budəfəki tədbir çərçivəsində də yeni sazişlər imzalandı.

COP29-un ev sahibi kimi Azərbaycan enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirən etibarlı tərəfdaş kimi yadda qaldı.

Bir sözlə, Azərbaycan enerji sahəsində dünya miqyaslı mühüm aktora çevrilib. Bütün tərəfdaşlar Azərbaycanın enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təqdir edir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see198

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see194

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see159

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see135

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri