Icma.az
close
up
RU
Azərbaycanla BƏT arasında saziş FOTO

Azərbaycanla BƏT arasında saziş FOTO

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması mərasimi olub.
Bakupost.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev və b. iştirak ediblər.
Anar Əliyev yeni Ölkə Proqramının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məqsədlərindən, habelə BƏT-in layiqli əməyin təşviqi konsepsiyasından irəli gəldiyini bildirib. O, layiqli əmək konsepsiyasının işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi komponentlərə əsaslandığını qeyd edib.
Ölkə vətəndaşlarının bu prinsiplərə tam cavab verən hüquqlarının Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında, habelə ölkəmiz tərəfindən BƏT-in ratifikasiya edilmiş 59 konvensiyası və 1 protokolunda, milli əmək və sosial müdafiə sahəsində qanunvericilikdə dolğun şəkildə təsbit olunduğu bildirilib.
Ötən dövrdə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra olunduğu, ölkəmizdə Təşkilatın layiqli əməyin təminatına dair prinsiplərinə uyğun məqsədyönlü işlərin aparıldığı vurğulanıb.
Sahib Məmmədov və Məmməd Musayev çıxış edərək, Azərbaycanda layiqli əməyin təmin edilməsi məqsədilə sosial tərəfdaşlar arasında həyata keçirilən birgə və səmərəli fəaliyyəti qeyd ediblər. Onlar BƏT və Azərbaycanda üçtərəflilik prinsipi əsasında fəaliyyət göstərən sosial tərəfdaşlar tərəfindən hazırlanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətini vurğulayıblar.
Mixail Puşkin yeni Ölkə Proqramının ölkəmizin BƏT-lə səmərəli əməkdaşlığının uğurlu davamı olduğunu bildirib.
Daha sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin tərəfindən Ölkə Proqramı imzalanıb. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın uğurlu davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artıracaq.
Tədbirdən sonra Anar Əliyev və Mixail Puşkin arasında keçirilən görüşdə Azərbaycanla BƏT arasında fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmiz tərəfindən hazırda Təşkilatın “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivəsi haqqında” Konvensiyasının da ratifikasiya prosesinin yekunlaşmaqda olduğu qeyd edilib.
Yeni imzalanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri