Icma.az
close
up
RU
“Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusilə artıb” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusilə artıb” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayeb deyib.


Onun sözlərinə görə, Prezident müsahibə zamanı ABŞ-la münasibətlərdən danışıb: “Biz prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Rəsmi Bakının Trampdan əsas gözləntisi ABŞ-la münasibətlərin normallaşmasıdır. Prinsipcə, Prezidentin də dediyi kimi, Azərbaycanın ABŞ-la problemi yoxdur. İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması ilə bağlıdır. Bakı Trampın bu vəziyyəti düzəldəcəyinə ümid edir. Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir. Rusiya və İranla sərhədin olması, Mərkəzi Asiyaya qapı rolunu oynaması, enerji resursları baxımından zənginliyi və İsrail, Türkiyə kimi strateji tərəfdaş və müttəfiqinin olması ölkəmizin ABŞ üçün dəyərini artırır. Bunu Tramp da yaxşı bilir. Buna görə Bakı onun hakimiyyəti dövründə münasibətlərin normallaşmasına ümid edir.

Prezidentin jurnalistin “Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz” sualına cavabı da diqqət çəkib. Prezident İlham Əliyev deyib ki, “Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar”. Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusilə artıb. Bakı Pekinlə əməkdaşlıqda, Asiya bazarında yer tutmaqda maraqlıdır. Prezident Çin lideri Si Szinpini daha yaxşı tanıdığınə, onunla dəfələrlə görüşdüyünü deyib. Bu, çox mühümdür. Çin kimi bir ölkənin rəhbəri ilə şəxsi əlaqə yaratmaq, hətta zamanla dostluq münasibəti qurmaq perspektivdə Bakıya müsbət dividendlər gətirə bilər.

Azərbaycan Çin və ABŞ-ın gücünün fərqindədir. Çinlə əlaqələr yaxşı olsa da, Azərbaycan ABŞ-la da əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə Trampın ölkəmizə səfər etməsi tarixi addım ola bilər. Müsahibədən bu qənaətə gəlmək olar ki, Prezident Çin və ABŞ arasında balans siyasəti aparmaq istəyir. Pekini daha yaxşı tanıyan Bakı balans üçün Vaşinqtonla da münasibətlərin inkişafında maraqlıdır”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri