Icma.az
close
up
RU
Çin regionda Azərbaycanı seçdi MÜNASİBƏT BİLDİRİLDİ

Çin regionda Azərbaycanı seçdi MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan bütün dövlətlərlə normal münasibətlərini saxlamağa çalışır və dövlətlər arasında ayrı-seçkilik etmir. Lakin xoşniyyətli və bədniyyətli dövlətlərə bölür və ona uyğun münasibət göstərir. Bu gün dünya və böyük dövlətlərdə çalışırlar ki, bu və ya digər formada Azərbaycanla münasibətləri yaratsınlar". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, üç böyük dövlət olan ABŞ, Çin və Rusiya Azərbaycan ilə münasibətlərini tam bərabərlik çərçivəsində, səmərəli əməkdaşlıq formatında qurur: "Bəzən deyirlər ki, Azərbaycan Qərb və Rusiya arasında balanslaşdırılmış siyasət yeridir. Amma əslində bu balanslaşdırılmışdan daha çox bütün səviyyədə öz maraqlarına uyğun hərəkət etməkdir.

Çinlə xeyli müddətdir danışıqlar gedirdi və müəyyən münasibətlərimiz var idi. Həmçinin Azərbaycanla Çinin ortaq maraqları mövcuddur. Xüsusən də Orta Dəhliz məsələsi böyük əhəmiyyət kəsb edir. Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Azərbaycanın ərazisindən keçməklə Avropaya daxil olur. Yəni bu Orta Dəhlizdə Çinin çox böyük maraqları var".

Siyasətçi bildirir ki, Azərbaycanında Orta Dəhlizdə çox böyük iqtisadi, həmçinin siyasi maraqları mövcuddur: "Azərbaycan bu layihənin həyata keçirilməsinə tam şəkildə dəstək verir. Azərbaycan Prezidentinin Çinə səfəri zamanı yüksək səviyyədə hiss olundu ki, münasibətlər olduqca səmimidir. İstənilən dövlət Azərbaycanın mövqeyini başa düşüb qəbul edir.

Azərbaycanla Çin arasında çox böyük əhəmiyyətə malik olan birgə əməkdaşlıq haqqında bəyanat imzalandı. Bu bəyanatda bir sıra prinsipial məsələlər öz əksini tapıb. Hər iki tərəf bir-birinin ərzi bütövlüyünə hörmətlə yanaşdığını bildirdi. Bu Azərbaycan üçün olduqca vacib məsələdir. Ermənistan müxtəlif oyunlarla Çin ordusundan dəstək gözləyirdi, lakin Azərbaycan bu bəyənatla Ermənistanın bu niyyətinində qarşısını aldı".

A.Nağı bildirir ki, demək olar ki Çin regionda Azərbaycanı seçdi: "Azərbaycan isə Çinin olduğu regionda əsas tərəfdaş və əməkdaş kimi onu seçdi. Bu hər iki tərəfdən qarşılıqlı addım oldu və hər iki ölkənin maraqlarına uyğun oldu. Azərbaycan həmçinin Çinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədi və buna qarşı çıxan dövlətlərə öz reaksiyasını bildirdi. Azərbaycan Prezidenti birmənalı formada Tayvanın Çinin ərazisi olduğunu dəstəklədi və bunun vacibliyini vurğuladı. Bu ABŞ kimi super bir dövlətin xəttinə ziddir. Azərbaycan yenə də göstərdi ki, kimin hansı mövqedə dayanmağının elədə əhəmiyyəti yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri