Icma.az
close
up
RU
Azərbaycanla Ermənistan arasında ilk DƏFƏ: İllər sonra Bakı bu addımı atdı

Azərbaycanla Ermənistan arasında ilk DƏFƏ: İllər sonra Bakı bu addımı atdı

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan baş naziri Nikol Paşinyanın Çinə uçuş zamanı ilk dəfə Azərbaycan hava məkanından keçməsi regionda sülh və etimadın göstəricisi kimi qiymətləndirilir. Bu hadisə həm də hava məkanlarının qarşılıqlı açılması perspektivini gündəmə gətirib. Belə addımların iki qonşu ölkə arasında münasibətlərin normallaşması və etimadın güclənməsi baxımından əhəmiyyətli olacağı bildirilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov News24.az-a açıqlamasında bildirib ki, müqavilənin paraflanması münaqişə dövrünün başa çatması deməkdir və Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları çıxarıldıqdan sonra iki ölkə arasında ikitərəfli münasibətlərin formalaşmasına mane olan məsələlər aradan qalxacaq:

"Növbəti mərhələdə yekun sülh sazişi imzalanandan sonra iki ölkə arasında diplomatik əlaqələrin yaradılması və münasibətlərin formalaşdırılması prosesi başlayacaq. Amma indiki mərhələdə iki ölkənin hava məkanından qarşılıqlı istifadə olunması qonşu ölkələr olaraq bizi sülhə daha da yaxınlaşdırır. Bu gün Azərbaycan Naxçıvana uçuşlarını Ermənistanın hava məkanından istifadə edərək həyata keçirir. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Çinə uçan təyyarəsinin Azərbaycan hava məkanı üzərindən keçməsi iki ölkə arasında yaranmış etimad mühitindən irəli gəlir”.

Azər Badamov əlavə edib ki, yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılışı da sülh və əməkdaşlıq prosesinə töhfə verəcək:

"İki ölkə arasında münasibətlərin formalaşması üçün mümkün addımlar atılmalı, münaqişənin yenidən baş verməsinə imkan verilməməlidir. Cənubi Qafqaz kifayət qədər müharibə və münaqişələrə şahidlik edib. İndi məqsədimiz yalnız sülh və əməkdaşlıq içində yaşamaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri