Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Azərbaycanla Gürcüstannın quru sərhədləri AÇILA BİLƏR

Azərbaycanla Gürcüstannın quru sərhədləri AÇILA BİLƏR

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkətinin bərpa ediləcəyi tarix açıqlanıb. Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar mayın 1-dən yenidən fəaliyyət göstərəcək.

Bu məsələ Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında müzakirə edilib. Rəsmi Bakı məsələyə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının hərəkəti 2020-ci il martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Azərbaycan pandemiya ilə əlaqədar quru sərhədlərini də bağlamışdı və bu məhdudiyyətlər hələ də qüvvədədir. Sonuncu dəfə sərhədlərin bağlı qalma müddəti aprelin sonunadək uzadılıb.

Bakı-Tbilisi-Bakı qatarının hərəkətə başlaması Azərbaycanın quru sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirib. Rəsmilər bundan əvvəl sərhədlərin təhlükəsizlik səbəbindən bağlı qaldığını açıqlayıb.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpa olunması çoxdan gözlənilirdi və bu addım regional nəqliyyat əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Ekspertin sözlərinə görə, quru sərhədlərinin bağlı qalması Azərbaycanın təhlükəsizlik maraqları ilə bağlıdır:

"Bəlkə də, quru sərhədlərinin bağlanması qərarı ilkin olaraq Gürcüstan üçün nəzərdə tutulmamışdı. Ancaq Rusiya və İrandan gələn təzyiqləri nəzərə alaraq, bu addım atıldı. Burada hər dəfə Borçalıda yaşayan soydaşlarımız, Azərbaycanda yaşayan əslən Gürcüstandan olanların gediş-gəlişində çox böyük manelər yaranırdı. Yenə deyirəm, bu, bəlkə də, olmazdı. Amma digər ölkələrin münasibətini, reaksiyasını nəzərə alıb, bu qərarlar qəbul olunmuşdu. Lakin nəzərə almaq lazımdır ki, bu, ümumi təhlükəsizlik siyasətinin bir hissəsidir."

İ.İsmayıl əlavə edib ki, Rusiya və İranın regionda yaratdığı geosiyasi gərginlik sərhədlərlə bağlı qərarların verilməsində əsas faktorlardan biridir:

"Rusiya açıq müharibə şəraitindədir, İran isə bölgədə proksi qüvvələri vasitəsilə müxtəlif silahlı toqquşmalarda iştirak edir. Hər iki ölkənin Azərbaycana münasibəti məlumdur və onların regiondakı maraqları imperiya ambisiyaları ilə idarə olunur. Buna görə də quru sərhədlərinin bağlı qalması müəyyən təhlükəsizlik tədbiri kimi dəyərləndirilir."

Bununla belə, ekspertin fikrincə, Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası Gürcüstanla nəqliyyat əlaqələrinin tədricən normallaşmasına töhfə verə bilər:

"Bu addım hələ o demək deyil ki, Gürcüstanla quru sərhədləri tam açılacaq. Ancaq yay mövsümündən başlayaraq bu prosesə yenidən baxıla bilər. Təhlükəsizlik tədbirləri davam edir və regionda sabitlik təmin olunarsa, tədricən sərhədlərin açılması mümkündür."

Ekspert hesab edir ki, sərhədlərin açılması ilə bağlı qərarlar regionun geosiyasi vəziyyətinə uyğun şəkildə qəbul edilməlidir və bu məsələdə ehtiyatlı davranmaq vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see309

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see276

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see270

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see268

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see250

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see250

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see247

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see246

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see244

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see241

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see236

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see224

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see217

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see196

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see194

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see194

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see191

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see189

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri