Icma.az
close
up
RU
Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Sosial şəbəkədə gedən müzakirələrə qoşulanların bir qismi quru sərhədlərin açılmalı olduğunu deyir, digərləri isə təhlükəsizliklə bağlı düşünərək, tələsik qərar verilməməli olduğunu bildirirlər.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib.

Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir:

“Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün sərhədlərin bağlı olması bilavasitə Azərbaycan xalqının təhlükəsizliyi üçün vacibdir. Dünyada gedən müharibələr, terror hadisələri, casusluq fəaliyyəti hələ ki sərhədlərin bağlı saxlanılmasını zərurətə çevirib. Çünki miqrasiya məsələləri, ölkələrə qarşı təxribatlar, yoluxucu xətəliklərin yayılması əsas verir ki, müəyyən müddətə hələ də sərhədlərimiz bağlı saxlanılsın. Bu, düşünülmüş bir gedişdir. Ola bilsin ki, bəzi insanlar bu məsələnin vacibliyini, əhəmiyyətini dərindən dərk edə bilmirlər və xoşagəlməz fikirlər səsləndirirlər”.

Amma komitə sədri onu da vurğulayıb ki, sərhədlərin bağlanması müəyyən ticarət alış-veriş əlaqələrinə mənfi təsir göstərir:

“Ancaq milli təhlükəsizliyimiz insanların müəyyən bəlalardan, terrordan qorunması dövlət üçün daha vacib hesab edilir. Ona görə də, bu məsələ müvafiq orqanlar tərəfindən çox ciddi araşdırılır, ətrafda nələrin vacib olduğu, nələrin qəbul edilib-edilməməsi real faktlarla gündəmə gətirilir. Müəyyən qabaqlayıcı tədbirlərin görülməsi həyata keçirilir. Bu dövlətin, xalqın xeyrinədir, hər kəs də belə qiymətləndirməlidir. İndi gələn il sərhədlərin açılması üçün şərtlərin meydana gəlməsi halında məsələyə baxıla bilər. İndidən isə nəsə demək düzgün deyil”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib gələn il quru sərhədlərin açılmasına ehtimallar var:

“Hesab edirəm ki, quru sərhədlərin hələ də bağlı qalmasının səbəbi regionda baş verən hadisələrlə bağlıdır. Həm də quru sərhədlərin açılması ilə bağlı qərarı Baş nazir verir. Gələn il də quru sərhədlərin açılması məsələsi məqbul hesab olunarsa, təbii ki, belə bir qərar verilə bilər. Ehtimallar isə həmişə var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri