Icma.az
close
up
RU
Azərbaycanla ICCROMun əməkdaşlığına dair müzakirə aparılıb AZƏRTAC

Azərbaycanla ICCROMun əməkdaşlığına dair müzakirə aparılıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Roma, 20 dekabr, AZƏRTAC

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri çərçivəsində qərargahı Romada yerləşən Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Françeska Maria Gujral ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə nazir multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunmasının, təmir və bərpasının bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib. Bildirilib ki, Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə bir sıra dinlərə mənsub abidələrin, ziyarətgahların bərpasına mühüm töhfələr verir.

ICCROM-un baş direktoru noyabr ayında Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakından və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini, COP29-un uğurla nəticələndiyini deyib.

Görüşdə Azərbaycan və ICCROM-un əməkdaşlığı ilə bağlı müzakirə aparılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see180

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see123

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see122

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see122

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri