Azərbaycan muzeylərinin Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığına dair müzakirələr aparılıb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Roma, 19 dekabr, AZƏRTAC
Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin İtaliyaya səfəri davam edir. Səfər çərçivəsində nazir dekabrın 19-da Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olub, mədəniyyət ocağının bədii rəhbəri Françesko Stokki ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Françesko Stokki nazirə muzeyi ziyarət etdiyi üçün təşəkkürünü bildirib, buranın tarixi və ekspozisiyası haqqında məlumat verib. Deyib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayiş etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraq göstərir.
Adil Kərimli ölkəmizin aparıcı muzey və sərgi zalları haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın muzeyləri Avropanın bir sıra muzeyləri ilə əməkdaşlıq edir. Eyni zamanda, çağdaş Avropa rəssamlarının Bakıda sərgiləri təşkil olunur.
Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanış olub.
Qeyd edək ki, Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Dekabr 2024 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















