Icma.az
close
up
RU
Azərbaycanla müharibəyə hazırlaşan “57 lər” reaksiya

Azərbaycanla müharibəyə hazırlaşan “57 lər” reaksiya

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ermənistan lideri “Qarabağ məsələsi bağlandı” deyir, bəs onun xalqı da eyni mövqedədirmi?

Rəsmi Bakı dəfələrlə və yüksək səviyyədə bəyan edib ki, Azərbaycan Nikol Paşinyanın partiyası ilə yox, erməni xalqı ilə, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Elə bir müqavilə ki, bütün dönəmlər və zamanlar üçün öz legitimliyini, beynəlxalq hüquqi qüvvəsini saxlasın. Ancaq təəssüf ki, bu, yalnızca bizim xoş məramımıza bağlı məsələ deyil. Qərarı erməni tərəfi verməlidir.

“İndi bizə taleyimizi dəyişmək şansı verilib”.

Bu sözləri ötən həftə Almaniyaya səfəri çərçivəsində Hamburqda erməni jurnalistlərlə görüşündə Ermənistanın baş naziri bildirib.

Paşinyanın çıxışın davamında söylədikləri də diqqətə layiqdir. Sitat: “Sülh bərqərar olub, Qarabağ məsələsi həll edilib, bütün məsələlər həll olunub - həm Azərbaycanın məsələsi həll olunub, həm Ermənistanın məsələsi həll olunub, həm də regionun məsələsi həll olunub. Bizə yalnız bu qərarlar çərçivəsində qalmaq, təxribatlara uymamaq, təxribat xarakterli bəyanatlar verməmək qalır”.

Ermənistan lideri “Qarabağ məsələsi bağlandı” deyir, bəs onun xalqı da eyni mövqedədirmi?

Bu sualın cavabı yəqin ki, qarşıdakı parlament seçkilərində hakim partiyaya veriləcək seçici dəstəyindən biləcəyik. Nəhayət, konstitusiya referendumu zamanı dəqiq öyrənəcəyik. Hələliksə əsas sual öz aktuallığını saxlayır. Bunu ABŞ şirkəti "Gellup"un Ermənistanda təzəcə keçirdiyi sorğu da təsdiqləyir. Belə ki, rəyi soruşulanların 57 faizi (!) hazırkı konstitusiyanın dəyişilməz saxlanmasının tərəfdarı olduğunu bildirib.

Bu o anlama gəlir ki, Ermənistan əhalisinin əksəriyyəti günü bu gün də ələ düşən tarixi şansın fərqində deyil və mifik “artsax” uğrunda yeni müharibənin tərəfdarıdır. Çünki indiki konstitusiya Azərbaycana qarşı ərazi iddiasını ehtiva eləməsi səbəbi ilə məhz potensial müharibə konstitusiyası sayılır. Və bu həm də o deməkdir ki, kapitulyant ölkə əhalisinin yarıdan çoxu Qarabağ məsələsinin bitmədiyini xəyal edir.

Doğrudur, ötən il bu rəqəm daha böyük olub - təxminən 80%. Bəs Paşinyan komandası seçkilərədək vəziyyəti öz xeyrinə dəyişə, revanşistlərin hakimiyyətə yolunu bağlaya biləcəkmi? Bakı və Ankaradan asılı nəsə qalıbmı?

Günay Ağamalı

Deputat Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, Paşinyanın son çıxışlarında “Qarabağ məsələsinin bağlandığı” barədə səsləndirdiyi fikirlər ilk baxışdan sülhə meyilli ritorika təsiri bağışlasa da, Ermənistan cəmiyyətində mövcud olan real ictimai-siyasi mənzərə bu bəyanatlarla ciddi ziddiyyət təşkil edir: “ABŞ-ın "Gallup" şirkətinin Ermənistanda keçirdiyi son sorğu da bunu açıq şəkildə ortaya qoyur. Sorğu nəticələrinə əsasən, respondentlərin 57 faizinin mövcud konstitusiyanın dəyişdirilməsinin əleyhinə çıxması onu göstərir ki, Ermənistan cəmiyyətində bəzi qüvvələr hələ də reallığı qəbul etməyib və region üçün təhlükə mənbəyi olan köhnə, revanşist düşüncə tərzindən imtina etmək istəmir. Məlumdur ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı açıq və dolayı ərazi iddiaları mövcuddur. Bu isə sülh deyil, əksinə, potensial müharibə konstitusiyasıdır. Belə bir hüquqi baza saxlanıldığı müddətdə Ermənistan rəhbərliyinin sülh çağırışları inandırıcı görünə bilməz. Paşinyan “Qarabağ məsələsi bağlanıb” deyirsə, bu mövqenin ilk növbədə Ermənistanın ali hüquqi sənədində və ictimai şüurunda təsdiqini tapması vacibdir. Cənab Prezident İlham Əliyev dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, biz Ermənistanla, erməni xalqı ilə uzunmüddətli, dönməz və beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi imzalamaqda maraqlıyıq. Lakin bu proses yalnız Bakının xoş niyyəti ilə yekunlaşa bilməz. Qərar vermək, tarixi fürsəti dəyərləndirmək məsuliyyəti Ermənistanın siyasi rəhbərliyi və cəmiyyətinin üzərinə düşür. Əgər Ermənistan daxilində revanşist qüvvələrə yol verilir, konstitusion səviyyədə ərazi iddiaları qorunub saxlanılırsa, bu, sülh prosesinə ciddi təhdiddir".

Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin hələ də “Qarabağ məsələsinin bitmədiyi” xülyası ilə yaşaması göstərir ki, əsas problem Paşinyanda deyil, Ermənistanın öz daxili ictimai-siyasi durumundadır. Deputatın fikrincə, seçkilər və mümkün konstitusiya referendumu zamanı erməni cəmiyyətinin hansı yolu seçəcəyi aydın olacaq.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır: “Növbəti dəfə Azərbaycanla müharibə etmək demək olar ki, Ermənistanın məhvi deməkdir. 2020-ci il müharibəsində kapitulyasiyaya imza atan Paşinyan hakimiyyəti dərhal növbədənkənar parlament seçkiləri keçirdi. Müharibədə məğlub olan Paşinyana erməni xalqı yenidən səs verdi və müharibə tərəfdarı olan revanşistlər səs qazana bilmədi. Çünki ermənilər yaxşı başa düşürdülər ki, müharibə ağır mərhumiyyətlərə gətirib çıxaracaq. 2026-cı ildə keçirilən parlament seçkilərində müharibə tətəfdarlarının böyük səs qazanma ehtimalı çox azdır. Amerika şirkətinin keçirdiyi bir sorğu əsas sayıla bilməz. Vaxtilə bu rəqəm 57%-dən də daha yüksək idi. 90%-i əhatə edirdi. Paşinyan yaxşı başa düşür ki, erməni xalqının həqiqətən də taleyini dəyişmək üçün tarixi bir şans yaranıb. Uzun illərdir müxtəlif ölkələr və güc mərkəzləri Cənubi Qafqazda vasitəçi rolunu oynayıb. Paşinyan anlayır ki, Qərb və Amerika öz maraqları çərçivəsində ermənilərə dəstək verir. Müəyyən mərhələdə ermənilər qurbanlıq olacaqlar. Erməni xalqı düşünməlidir ki, müharibənin Ermənistana hansı xeyri ola bilər, son 35 ildə Ermənistan nə qazanıb? Azərbaycan torpaqlarına konstitusiya ilə iddia etmək nə qazandırır? Bütün bunları ciddi şəkildə düşünməlidirlər. Öz gələcək həyatları haqqında, həmçinin sülh və əmin-amanlıq şəraitində yaşamaları haqqında baş sındırsalar daha yaxşı olar. Revanşistlər hakimiyyəti yenidən qəsb etmək üçün növbəti dəfə Qarabağ kartından istifadə etmək istəyirlər. Ermənistan cəmiyyəti bütün bunların fərqində olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri