Azərbaycanla Oman arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 10 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov ölkənin iqtisadiyyat naziri Səid bin Muhamməd bin Ahmed əl-Saqri ilə görüşüb.
AZƏRTAC səfirliyə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı səfir R.İsmayılov iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq, Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında birgə işçi qrupunun yaradılmasının əhəmiyyətini qeyd edib. Eyni zamanda, investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması, biznes və özəl sektor sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















