Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin rəhbəri və "ChatGPT"nin yaradıcısı Sam Altman məlumat verib.
Bu barədə "X" sosial şəbəkə platformasında paylaşdığı yazıda Altman, süni intellekt modellərinin sürətlə inkişafının ciddi problemlər yaratdığını etiraf edib. O, həmçinin texnologiyaların insanların psixi sağlamlığına təsirini və süni intellektlə yaradılan kibertəhlükələrin artmasını vurğulayıb.
Vakansiya təsvirinə görə, yeni rəhbər, insanların sağlamlığına ciddi zərər vurmağa qadir olan yeni təhdidləri analiz edəcək və proqnozlaşdıracaq. "Yeni təhdidlərə qarşı hazırlıq və əməliyyatların izlənməsi, ciddi zərər riski yaradan təhdidlərlə mübarizə tədbirlərini inkişaf etdirmək və uyğunlaşdırmaq. Bu şəxs təhdid modellərinin qiymətləndirilməsi, zərər azaldılması tədbirlərinin hazırlanması və təhlükəsizlik sistemlərinin qurulmasında birbaşa rəhbər olacaq," – deyə iş elanında qeyd edilib.
Altman, gələcəkdə bu mütəxəssisin "OpenAI"nin "hazırlıq sistemi"ni həyata keçirmək, bioloji imkanlara sahib modellərin təhlükəsizliyini təmin etmək və özünü təkmilləşdirən sistemlər üçün məhdudiyyətlər qoymaqdan da məsul olacağını qeyd edib. Onun sözlərinə görə, bu, "stressli bir iş" olacaq.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Dekabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















