Azərbaycanla Polşa arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüş keçirib.
525.az xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkəmizin üzləşdiyi mina problemi və onun miqyası, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlər barədə səfirə məlumat verilib.
Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə Polşa tərəfindən dəstək imkanları, mümkün əməkdaşlıq perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 26 Noyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















