Icma.az
close
up
RU
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir...

Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya diplomatları Qafanda rus dili və mədəniyyəti kurslarının məzunlarına sertifikatlar təqdim ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. “Rusiya Xarici İşlər Nazirliyinin Qafan şəhərində baş konsulluğun açılması üzrə qabaqcıl qrupunun diplomatları şəhərin Rus Mərkəzində olub, burada orta məktəb şagirdlərini rus dili və mədəniyyəti üzrə kursları mükəmməl bitirmələri münasibətilə təbrik ediblər və sertifikatların təqdimetmə mərasimində iştirak ediblər”,-məlumatda belə deyilir. 

Rəsmi Moskvanın rus dilinin təbliği üçün məhz Qafan şəhərini seçməsi bu bölgəyə yönəlik xüsusi siyasi planı kimi başa düşülə bilər. Məlumdur ki, Rusiyanın Qafana, daha dəqiq desək, Qərbi Zəngəzura marağı hələ 2022-ci ildə açıq şəkildə meydana çıxıb. 

Bütövlükdə Ermənistan Rusiyanın bölgədə siyasi təsir dairəsinə daxil olduğundan, Qafanın ayrıca qeyd edilməsinə bəlkə də ehtiyac qalmaya bilər. Həmçinin, 2024-cü ilin sonuna qədər Qafan istiqamətində, yəni Ermənistanın Azərbaycanla şərti sərhədində, eyni zamanda İranla sərhəd xətti boyunca Rusiya qoşunları yerləşdirilmişdi. Lakin söhbət Rusiyanın bölgə ilə bağlı yeni diplomatik missiyasının həyata keçirilməsindən gedir. 

2022-ci ilin oktyabr ayında İranın Qafan şəhərində Baş konsulluq açması ilə Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin episentri Zəngəzura keçdi. Bunun ardınca Rusiya Qafanda konsulluq açmaq niyyətini bəyan etdi. Eyni zamanda, Avropa İttifaqının müşahidə missiyası Ermənistan-Azərbaycan şərti sərhədinə, o cümlədən Qərbi Zəngəzura yerləşdirildi. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu il mayın 21-də Ermənistana səfəri zamanı Qafandakı konsulluğun açılışında iştirak edəcəyinə dair məlumat yayılsa da, sonradan rəmsi Moskva sözügedən məsələnin üzərindən sükutla keçdi. Sonra Ermənistanla Rusiya arasında konsulluğun açılması ilə bağlı fikir ayrılığı olduğu aşkara çıxdı. Yəni Nikol Paşinyan hökuməti Rusiyanın Qafanda konsulluq xidməti yaratmasında maraqlı deyil. 

Ermənistan hakimiyyətinin bu yanaşması əslində, Rusiyanın bölgədə təsirinin azaldılmasına hesablanıb. Rusiyanı Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət prosesindən uzaqlaşdırmağa çalışan rəsmi İrəvan həmin bölgədə Moskvanın diplomatik və geosiyasi fəallığının artmasında maraqlı deyil. Rusiyanın Qafanda rus dili və mədəniyyəti kursları açmasına, sertifikatlar paylamasına da bu kontektdə baxılmalıdır. 

Görünür, Nikol Paşinyan hökumətinin Rusiyanın diplomatik təmsilçiliyinə mane olması fonunda Fransanın Gorusda Fəxri konsulluq açması Kremli kifayət qədər narazı salıb. Ermənistan rəhbərliyi Fransa ilə strateji tərəfdaşlığı Rusiya ilə müttəfiqlikdən üstün tutur. Ancaq məsələ sırf Fransa amili ilə bağlı deyil. 

Rusiya Qafanda rus dilini təbliğ etməklə ilk növbədə bu bölgədə konsulluq açmaq niyyətində israrlı olduğunu və Zəngəzur üzərində geosiyasi təsir imkanlarından imtina etməyəcəyini göstərir. Ermənistanda rus dilində məktəblərin bağlanmaqda olduğu və sayının azaldığı bir vaxtda Moskva kurslar açmaqla bu prosesə imkan verməyəcəyini demək istəyir. 

Hədəf olaraq Qafanın seçilməsi də təsadüfi deyil. Ermənistanın tarixi Azərbaycan torpağı olan Gorusu Frankofoniyanın (fransız dilinin və mədəniyyətinin yayılmasını və təbliğini dəstəkləyən, həmçinin bu dilin danışıldığı ölkələr və bölgələr arasında əməkdaşlığı təşviq edən beynəlxalq bir təşkilat-red.) mərkəzi elan etdiyi bir vaxtda Rusiyanın Qərbi Zəngəzurda gosiyasi mövqelərini itirməsi perspektivdə Ermənistanı tərk etməsi ilə nəticələnə bilər. 

Ona görə də Moskva bölgəyə nəzarət imkanlarını saxlamaq üçün rus dilinin təbliğini siyasi alət kimi seçib. Sertifikatların Qafanda Baş konsulluğun açılması üzrə diplomatlar tərəfindən təqdim olunması bunun siyasi layihə olduğunu təsdiq edir. 

Qafandakı Rus Mərkəzinin siyasi-ideoloji missonerliklə məşğul olduğu, yəni Rusiya xüsusi xidmət orqanlarına bağlı casus mərkəzi olduğu aydındır. Bu baxımdan, rus dili sertifikatları alanların sonradan Rusiya kəşfiyyat qurumları tərəfindən əməkdaşlığa cəlb olunacağı istisna edilmir. 

Bakıda fəaliyyəti dayandırılan “Rus evi”ində vaxtilə eyni halların baş verməsi oxşar siyasi ssenarinin tərkib hissəsidir. Rusiya bu cür üsullardan başqa ölkələrdə, hətta 2020-2023-cü illərdə Qarabağda keçmiş sülhməqamlı qüvvələrin müvəqqəti nəzarət zonasında da istifadə edib. Rus dili kurslarını bitirənlərə Rusiya pasportu paylanır və onlardan qondarma rus icması yaradılır. 

Kreml Rusiya vətəndaşlarını müdafiə etmək adı altında başqa ölkələrə hərbi müdaxilə üçün bundan istifadə edir. Amma Azərbaycanın 2023-cü ildə qondarma rejimi ləğv etməsi və sülhməramlı qüvvələrin Rusiyaya qayıtması bu planları pozdu. Bu baxımdan, Kremlin bir müddət sonra Qafanda və ya Qərbi Zəngəzurda rus dili sertifikatı almış ermənilərdən ibarət rus icması təşkil etməsi gözləniləndir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Qafan Rusiya konsulluğu Zəngəzur Fransa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri