Azərbaycanla imzalanan sənədlər bizim üçün mühümdür
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında imzalanan sənədlər Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.
Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı bildirib ki, imzalanmış sənədlər iki ölkə arasındakı münasibətlərdə iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlı mühüm bir mərhələdir.
Baş nazir deyib ki, Bakıda daha bir nühüm sənəd - “Bakı–Tiflis–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu da imzalanıb.
“Bu sənəd nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalq yük və sərnişindaşınmalarda mühüm rol oynacaq”, - deyə Kobaxidze vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 May 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















