Icma.az
close
up
RU
Azərbaycanla Türkiyə arasında sərbəst ticarət sazişi imzalana bilər

Azərbaycanla Türkiyə arasında sərbəst ticarət sazişi imzalana bilər

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün hazırda iki ölkə arasında sərbəst ticarət sazişinin imzalanması imkanları qiymətləndirilir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.

Onun sözlərinə görə, sazişin iqtisadiyyata təsiri ilə bağlı məlumat mübadiləsi aparılır və güzəştli ticarət rejiminin işğaldan azad olunmuş ərazilərdə istehsal olunan məhsullara şamil olunması müzakirə olunur.

"Türkiyə bizim ikinci əsas ticarət və ixrac tərəfdaşımızdır. Ötən il ticarət dövriyyəmizin dəyəri 6,1 milyard ABŞ dolları, bu ilin yanvar-aprel aylarında isə 2 milyard ABŞ dollarına yaxın olub. Biz dövlət başçılarımızın qoyduğu 15 milyard ABŞ dolları dəyərində ticarət dövriyyəsi hədəfinə nail olmaq üçün bütün səviyyələrdə intensiv çalışırıq. Bu müstəvidə Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılması nəzərdə tutulur. 2023-cü ilin iyun ayından Türkiyədə fəaliyyətə başlayan ticarət nümayəndəliyi bu prosesə töhfə verir", - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, hazırda Türkiyə şirkətləri Azərbaycanda energetika, sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, İKT, nəqliyyat, əczaçılıq və digər sahələrdə uğurla fəaliyyət göstərirlər:"Bizim sənaye parklarında rezidentlər aktivdir, sayları dinamik şəkildə artır və bu sistematik xarakter daşıyır. Rezidentlər gəlir, əmlak və torpaq vergisindən azad olunmaqla yanaşı, 10 il müddətinə bir sıra imtiyazlardan da istifadə edirlər. Sənaye zonalarında Türkiyə kapitallı şirkətlərin iştirakı ilə reallaşdırılan layihələrin investisiya dəyəri on milyonlarla dollarla ölçülür. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac etməyə başlayıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri