Icma.az
close
up
RU
Türkiyə Azərbaycanla üç hökumətlərarası sazişi təsdiqləyib

Türkiyə Azərbaycanla üç hökumətlərarası sazişi təsdiqləyib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 17 may, AZƏRTAC

Türkiyə hökuməti Azərbaycanla turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığa dair hökumətlərarası sazişləri təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədlər bu ölkə hökumətinin rəsmi nəşri olan “Resmi Gazete”də dərc edilib.

“Türkiyə və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş” 2024-cü il noyabrın 15-də Bakıda imzalanıb və iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsini hədəfləyir. Türkiyə tərəfindən sənədə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan tərəfindən isə Dövlət Turizm Agentliyi imza atıb.

Saziş turizm sahəsində əlaqələrin dərinləşdirilməsi üzrə geniş spektrli tədbirləri, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsini, ümumi turizm marşrutlarının formalaşdırılmasını, qastronomiya turizminin stimullaşdırılmasını nəzərdə tutur.

“Türkiyə və Azərbaycan arasında su sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş”in imzalanma mərasimi 2024-cü il mayın 8-də Ankarada keçirilib.

Sənəd su ehtiyatlarının səmərəli tənzimlənməsi və istehlakı məqsədi daşıyır ki, bu da aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək.

“Türkiyə və Azərbaycan arasında baytarlıq sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş” isə 2024-cü il fevralın 19-da Ankarada imzalanıb.

Sənəd heyvanların ixracı, idxalı və tranziti zamanı xəstəliklərin yayılmasına qarşı mübarizə tədbirlərini, baytarlıq sertifikatlarının qarşılıqlı tanınmasını, baytarlıq məhsullarının istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri