Icma.az
close
up
RU
Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib

Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik simpozium keçirilib.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri, deputatlar, diplomatik korpus nümayəndələri və beyin mərkəzlərinin təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan və Türkmənistan arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu və getdikcə inkişaf etdiyini bildirib.

Fərid Şəfiyev qeyd edib ki, ortaq tarix, mədəni irs və dəyərləri paylaşan iki dost ölkənin əməkdaşlıqları enerji, nəqliyyat-logistika, humanitar və beynəlxalq diplomatiya sahələrində yeni mərhələyə qədəm qoyub:

"Hazırda ikitərəfli əlaqələr müsbət istiqamətdə inkişaf edir. Oktyabrda Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda Zirvəsi keçiriləcək. Bu tədbir çərçivəsində ənənəvi olaraq beyin mərkəzlərinin forumu keçirilir.Türkmənistandan olan həmkarlarımızı bu tədbirlərdə görməkdən məmnun olarıq”.

Diplomat çıxışında xüsusilə Transxəzər əməkdaşlığı, “Dostluq” yatağının birgə işlənməsi, Bakı-Türkmənbaşı nəqliyyat marşrutları  kimi konkret nümunələrə toxunub, bu layihələrin təkcə ikitərəfli deyil, həmçinin regional sabitlik və iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Türk dünyası ilə siyasi dialoqun intensivləşdirilməsinin Azərbaycan xarici siyasətinin prioritetlərindən olduğunu deyən xarici işlər nazirinin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda regional və beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərir. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq (İƏT) kimi platformalarda iki ölkə bir-birini dəstəkləyir və ortaq mövqedən çıxış edirlər:

 “Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmiş və bu, siyasi əlaqələrimizdə əsas amillərdən birinə çevrilib. Eyni zamanda, iqtisadi əməkdaşlığımız da dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticarət münasibətləri genişlənir, nəqliyyat-logistika sahəsində əməkdaşlıq güclənir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurub. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinin Məşvərət toplantılarında fəxri qonaq qismində iştirakı region ölkələri ilə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir”.

Samir Şərifov bildirib, iki ölkə liderinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkmənistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

“2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətlərin əsasını təşkil edir. Hökumətlərarası komissiyanın müntəzəm fəaliyyəti ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verir”.

Samir Şərifov çıxışında, həmçinin Transxəzər əməkdaşlığı, enerji təhlükəsizliyi, yaşıl enerji keçidi kimi sahələrdə potensialın geniş olduğunu vurğulayıb.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bildirib ki, Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir:

“Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat-logistika, neft-qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk. Azərbaycan bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik”.

Səfir əlavə edib ki, cari geosiyasi şəraitdə bitərəf dövlət olaraq Türkmənistan mövcud böhrandan çıxış yolu kimi beynəlxalq səylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi-diplomatik imkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin tərəfdarıdır:

“Buna əsaslanaraq, BMT-nin Baş Assambleyasının 78-ci sessiyası zamanı Türkmənistan “2025 - Beynəlxalq Sülh və Etimad İli” adlı qətnamənin təşəbbüskarı olub və 86 dövlətin həmmüəllifliyi ilə qəbul edilib”.

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyevin sözlərinə görə, son 30 ilin təcrübəsi göstərir ki, Türkmənistanın neytrallığı sadəcə xarici siyasət aləti deyil, daha sabit, ədalətli və harmonik dünya üçün fəal töhfə və nümunədir.

Daha sonra birinci paneldə Azərbaycan-Türkmənistan çoxşaxəli əməkdaşlığı müxtəlif aspektlərdən təhlil olundu. Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev və BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı çıxış edərək Xəzər regionunda nəqliyyat dəhlizləri, enerji resurslarının birgə istifadəsi və mədəni-humanitar əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşdülər.

“Türkmənistanın daimi neytrallıq statusu sülh, regional və qlobal miqyasda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün təsirli bir vasitə kimi” başlığı ilə keçirilən ikinci paneldə BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov və politoloq, tarixçi və televiziya aparıcısı Teymur Atayev neytrallıq konsepsiyasının beynəlxalq hüquq və diplomatiya kontekstində əhəmiyyətini izah ediblər.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri