Icma.az
close
up
RU
Azərbaycanlı aktyorun ölümü ilə bağlı qəribə iddia: insanlar təşvişə düşdü

Azərbaycanlı aktyorun ölümü ilə bağlı qəribə iddia: insanlar təşvişə düşdü

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Rəşad Bəxtiyarovun qəfil vəfatı ictimaiyyətdə narahatlıq yaradıb. Bəzi sosial şəbəkə istifadəçiləri aktyorun 47 yaşında dünyasını dəyişməsini COVID-19 vaksinlərinin fəsadı ilə əlaqələndiriblər. Bildirilir ki, son illər xüsusilə cavanlarda müşahidə olunan ani ürəktutmaları da bundan qaynaqlanır.

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu, elmi baxımdan əsassızdır:

Koronavirus pandemiyası, vaksinasiya və onun nəticələri ilə bağlı dünyanın aparıcı profilaktika, müalicə mərkəzləri hələ yekun elmi nəticələr açıqlamayıb. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müəyyən qrupların apardığı anti-vaksin təbliğatını insan sağlamlığına təhlükə yaradan 10 amildən biri kimi tanıyıb. Bunun cəmiyyətə ciddi zərər vurduğu deyilir. Nəzərə almaq lazımdır ki, vaksinasiya sayəsində dörd karantin infeksiyasından biri olan təbii çiçək xəstəliyi tamamilə aradan qaldırılıb. Koronavirus dövründə də peyvəndlər infeksiya zəncirinin qırılmasına, pandemiyanın dayandırılmasına mühüm töhfə verib. Təəssüf ki, bəzi insanların vaksinlərə qarşı yanlış münasibəti bu prosesi ləngitdi və nəticədə epidemiya halları hələ də davam edir. Ribonuklein turşusu (RNT) daşıyan virusların, o cümlədən koronavirusun mutasiya qabiliyyəti yüksək olduğuna görə universal vaksin tətbiqi mümkün deyil. Məsələn, qrip virusu da hər il yeni formada meydana çıxır”.

Adil Qeybulla

Professor bildirib ki, qəfil ürəktutmasının səbəblərini yalnız vaksinasiyaya bağlamaq doğru deyil:

“Qeyri-sağlam qidalanma, passiv həyat tərzi, ürək-damar problemlərinin vaxtında aşkarlanmaması, mədəcik ekstrasistoliyaları, koronar damar spazmları və tromboemboliya kimi hallar da buna yol aça bilər. Belə ölümlərin səbəbini dəqiq müəyyən etmək üçün mütləq meyit yarılması (autopsiya) aparılmalıdır. Təəssüf ki, ölkəmizdə adətən ölən şəxsin yaxınları buna icazə vermir. Halbuki, bu iş üzrə fəaliyyət göstərən Məhkəmə Tibbi Ekspertiza Mərkəzi və onun rayon şöbələri kifayət qədər qənaətbəxşdir və bu araşdırmaları aparmaq imkanına malikdir”.

Qeyd edək ki, Rəşad Bəxtiyarov uzun müddətdir ağ ciyərlərində yaranan xəstəlikdən əziyyət çəkirdi.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri