Mədəniyyət Nazirliyi azərbaycanlı jurnalistin ölümü ilə bağlı nekroloq yaydı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Tanınmış azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə avtomobil qəzası nəticəsində həlak olub.
Teleqraf xəbər verir ki, Mədəniyyət Nazirliyi mərhum jurnalistlə bağlı nekroloq yayıb.
Bildirilir ki, ölkəmizlə bağlı yüksək peşəkarlıqla hazırladığı reportajlar, xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini əks etdirən süjetləri Emin İbrahimova böyük nüfuz qazandırmışdı.
O, eyni zamanda Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bir sıra layihələrin bu telekanal vasitəsilə dünyaya çatdırılmasında mühüm rol oynamışdı.
Mədəniyyət Nazirliyinin kollektivi Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 13 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















