Icma.az
close
up
RU
Azərbaycanlı alim Almaniyada tədqiqat işləri aparıb

Azərbaycanlı alim Almaniyada tədqiqat işləri aparıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Katalizatorların hazırlanması” laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova Almaniyanın Rostok şəhərində yerləşən və Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri olan Leybnits Kataliz İnstitutunda (LIKAT) bir ay müddətində elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyət müddətində Günel Əzimova LIKAT-ın Heterogen katalitik proseslər şöbəsində hazırda aktual və yüksək əhəmiyyət kəsb edən “Plastik tullantıların depolimerləşməsi” istiqamətində tədqiqat işləri aparıb. Xüsusilə o, son illərdə ekoloji cəhətdən daha dayanıqlı və təkrar emal edilə bilən bioplastik kimi tanınan polietilen furanoatın (PEF) depolimerləşməsi üzrə eksperimental araşdırmalar həyata keçirib.

Hazırkı tədqiqat mövzusu qlobal miqyasda ətraf mühitin mühafizəsi baxımından olduqca vacib sayılır. Belə ki, plastiklər müasir texnologiya və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, lakin eyni zamanda, ciddi ekoloji problemlərin mənbəyinə dönüb. Statistikalara əsasən, hər il dünyada 460 milyon tondan artıq plastik material istehsal olunur, lakin bu materialların cəmi 9 faizi təkrar emal edilir. Qalan hissəsi isə ya yandırılır, ya da torpağa basdırılır və nəticədə ətraf mühitə, torpaq və su resurslarına, həmçinin canlı orqanizmlərə mənfi təsir göstərir.

Plastik tullantıların idarə olunması bu gün bütün dünya üçün ciddi ekoloji problemə çevrilib. Günel Əzimovanın yerinə yetirdiyi tədqiqat məhz bu qlobal problemin aradan qaldırılmasına yönəlib. Onun apardığı tədqiqatlar plastiklər üçün dövri iqtisadiyyatın qurulmasına, yəni tullantısız və dayanıqlı istehsal modelinin inkişafına mühüm müsbət nailiyyətlər verir. Onun fəaliyyəti həm fundamental elmi, həm də tətbiqi sahədə qabaqcıl texnologiyaların inkişafına real töhfə vermək potensialına malikdir.

Gənc alim Günel Əzimova, həmçinin müxtəlif qabaqcıl fiziki-kimyəvi analiz metodları ilə tanış olub və praktik bacarıqlarını inkişaf etdirib. O, nümunələrin analizi üçün XRF, XRD, BET, FTIR spektroskopiyası, eləcə də SEM, TEM mikroskopiyası, TG/DTA və qaz xromatoqrafiyası kimi metodlardan istifadə edib.

Təcrübə dövründə gənc alim orada təşkil olunan bir sıra elmi seminarların fəal iştirakçısı olub, onun elmi fəaliyyəti və göstərdiyi təşəbbüskarlıq şöbə əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və nəticə etibarilə institut rəhbərliyi tərəfindən təşəkkür məktubu ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri