Azərbaycanlı alim Daşkəndə Orta Asiya Tarixçilərinin 2 ci Forumunda çıxış edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Daşkənd şəhərində Özbəkistan Prezidentin təşəbbüsü ilə yaradılan Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi tərəfindən təşkil olunmuş beynəlxalq konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Ortaq keçmiş və ortaq gələcək” mövzusunda Orta Asiya Tarixçilərinin 2-ci Forumunda Fərhad Quliyev “Qarabağın İslam irsi, Azərbaycanda aparılan son arxeoloji tədqiqatlar kontekstində” adlı məruzə edib.
Həmçinin səfər çərçivəsində Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında ilkin danışıqlar aparılıb.
Qeyd edək ki, Fərhad Quliyev noyabrın 15-də Daşkənddə keçirilmiş “Gələcəyin irsi” beynəlxalq mükafatının təqdimat mərasimində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin tərkibində təmsil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















