Icma.az
close
up
RU
Bahar Muradova Beynəlxalq Ailə Forumunda çıxış edib

Bahar Muradova Beynəlxalq Ailə Forumunda çıxış edib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə İstanbulda baş tutan Beynəlxalq Ailə Forumu çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  “Ailə yönümlü siyasətlərin tətbiqi: Milli və Beynəlxalq səylər” mövzusunda nazirlər sessiyasında çıxış edib. Forum Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində təşkil olunub.

B. Muradova bildirib ki, problemlərin və risklərin qloballaşdığı, həll yollarının isə parçalandığı müasir dünyada ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdə mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələr üçün ortaq problemə çevrilib. Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi,birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar. Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir. Bu baxış Prezident İlham Əliyevin liderliyində ailə institutunun, milli-mənəvi dəyərlərin qorunması şərti ilə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Birinci vitse-prezident Mehriban Əliyeva milli və beynəlxalq miqyasda bu prosesin önündə gedərək bütün səviyyələrdə örnək fəaliyyət sərgiləyir.

Hazırda ailə siyasətinin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi “Ailə Konsepsiyası”nın üzərində işlərin aparıldığını diqqətə çatdıran komitə sədri bildirib ki, yalnız ailə yönümlü siyasətlər vasitəsilə qloballaşmanın təzyiqləri qarşısında davam gətirə və cəmiyyətlərimizin müqavimət hissini möhkəmləndirə bilərik. İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir. Bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi bir istiqamət formalaşdırır.

O vurğulayıb ki, ortaq dəyərlər – ailəyə hörmət, nəsillərarası əlaqələrdə varislik, valideyn-övlad bağlarının müqəddəsliyi – bu gün qloballaşmanın təsirinə qarşı güclü mənəvi sipər ola bilər: “Bizim hər birimiz bu dəyərləri bir-birimizə tanıtmalı və müdafiə etməliyik. Azərbaycan bu baxımdan Asiya, Avropa və İslam dünyası arasında körpü rolunu oynayaraq müxtəlif sosial yanaşmalar arasında balansı qorumağa çalışır” – deyə o çıxışına əlavə edib.

Forum çərçivəsində imzalanacaq bəyanatın müddəalarına toxunan Bahar Muradova Azərbaycanın bu sənədə münasibətini diqqətə çatdırıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün milli və beynəlxalq səviyyədə effektiv siyasətlər hazırlanmalı, demoqrafik və cins balansını qorumaq üçün doğum stimullaşdırılmalı, məsuliyyətli valideynlik və nəsillərarası varislik kimi məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, ailənin təməl dəyərlərinə zidd olan zərərli meyllərin və məqsədli layihələrin qarşısı qətiyyətlə alınmalıdır.

Sonda Bahar Muradova Azərbaycanın bu sahədə bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduğunu vurğulayıb.

27 ölkənin dövlət rəsmilərinin qatıldığı tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub.

Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri