Icma.az
close
up
RU
Azərbaycanlı alimin məqaləsi Türkiyə elmi jurnalında

Azərbaycanlı alimin məqaləsi Türkiyə elmi jurnalında

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyədə nəşr olunan nüfuzlu elmi nəşrlərdən biri olan “Avrasiya Dosyası” jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Saleh Məmmədovun "Türk Dövlətləri Təşkilatı: Süni intellekt ilə inteqrasiya və inkişaf perspektivləri" adlı elmi məqaləsini dərc edib.

Məqalədə müəllif müasir dövrdə süni intellekt texnologiyalarının Türk Dövlətləri Təşkilatının inteqrasiyası və dayanıqlı inkişafı baxımından strateji əhəmiyyətini təhlil edir. Bu baxımdan, türk dövlətlərinin ortaq bir ittifaq qurması həm strateji, həm də iqtisadi baxımdan zəruri hesab olunur. Xüsusilə Sovetlər Birliyinin süqutundan sonra türk dünyasının inteqrasiyası məsələsi daha aktual və təxirəsalınmaz hala gəlmişdir.

Məqalədə TDT-yə üzv ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, ortaq dil və ideoloji əsasların formalaşdırılması, həmçinin hüquqi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsində süni intellektin potensial imkanlarına diqqət yetirilir. Hazırda TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzvdür. Gələcəkdə Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın da tamhüquqlu üzv kimi təşkilata qoşulma ehtimalı qiymətləndirilir. Müəlliv vurğulayır ki, süni intellektin yardımı ilə TDT daha güclü və davamlı inteqrasiya modelini formalaşdıra bilər və bu model vasitəsilə təşkilat üzvləri beynəlxalq sistemdə daha təsirli və nüfuzlu aktorlar qismində çıxış edə bilərlər.

“Avrasiya Dosyası” beynəlxalq səviyyəli, elmi keyfiyyətə önəm verən və sosial elmlər sahəsində ixtisaslaşmış akademik nəşrdir. İldə iki dəfə və əlavə olaraq hər il bir xüsusi buraxılış olmaqla nəşr olunur. Jurnalın məqsədi Türkiyə Cümhuriyyətini və ümumilikdə Avrasiya regionunu maraqlandıran strateji sahələr üzrə aparılan elmi tədqiqatların dərcini təmin etməkdir. Bu çərçivədə sosial elmlərin müxtəlif sahələrində yazılmış, elmi yenilik və orijinallıq daşıyan məqalələr jurnalın nəşr siyasətinə uyğun olaraq qəbul edilir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri