Icma.az
close
up
RU
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Azərbaycanlı alimin nüfuzlu beynəlxalq jurnalda İrəvanın Ermənistana güzəşti və 1918-ci ilin siyasi-hüquqi proseslərlə bağlı elmi məqaləsi dərc edilib. 

Qaynarinfo xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Kuba Respublikasının "XXX Aniversario de la Universidad de Cienfuegos "Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan "Web of Science” qeydiyyatda olan "La Revista "Universidad y Sociedad” jurnalında "Azərbaycan Cümhuriyyətinin yaradılması və İrəvanın Ermənistan Respublikasına güzəşti (1918-ci ilin siyasi-hüquqi prosesləri)” başlıqlı elmi məqaləsi dərc edilib.

Müəllif məqalədə elmi faktlar, əlyazma, arxiv sənədləri və mötəbər müəlliflərə istinad edərək İrəvan şəhərinin tarixən ermənilərə heç bir aidiyyatı olmadığnı sübut etməklə yanaşı 1918-ci ildə baş verən siyasi-hüquqi prosesləri təhlil edir. 

Məqalədə istinadlar və mənbələrə göstəririlir ki, İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə "erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: "İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”. 

Müəllif beynəlxalq hüququn mövcud normalarına istinad edərək faktlarla isbat edir ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozublar.

Müəllif hüquq və siyasi razılaşmalar ilə bağlı beynəlxalq təcrübəni əsas götürərək İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdiyini elmi əsaslarla izahını verir. 

Müəllif sonda qeyd edir ki, dünya Ermənistanın ərazisini tanıyıb. Mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. 

Qeyd edək ki, Zaur Əliyevin "Zəngəzur dəhlizi”, "İrəvan şəhərinin hüququ statusu”, "31 mart soyqırımı”, "Uydurma erməni soyqırımı” və digər başlıqlı məqalələri də  beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan "Web of Science”  və "Scopus”-da qeydiyyatda olan jurnallarda dərc edilib və müəllifin bu mövzularda kitabları var. 

Məqalə ilə saytın səhifəsində tanış olmaq olar: https://rus.ucf.edu.cu/index.php/rus/article/view/5400


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri