Azərbaycanlı alimlər bitki mənşəli bəzi dərmanlar üçün farmakofor modellər təklif ediblər
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ənənəvi bitki mənşəli dərmanlar virus infeksiyaları üçün tamamlayıcı müalicə kimi geniş istifadə olunur. Bu amili nəzərə alaraq Bakı Dövlət Universiteti və Aşqarlar Kimyası İnstitutunun alimləri biyan kökündə olan qlisirrizin birləşməsini müfəssəl şəkildə tədqiq ediblər və bu birləşməni COVID-19 üçün potensial terapevtik vasitə olaraq təklif ediblər.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan bildirilib. Məlumatda deyilir ki, tədqiqat zamanı molekulyar dokinq simulyasiyasından istifadə edilib. Bütün hesablamalar üçün sahəyə xas olan dokinq yanaşması tətbiq edilib. Qlisirrizinin molekulyar dokinq tədqiqatları bu birləşmənin SARS-CoV-2 zülal hədəfləri ilə sabit bir kompleks əmələ gətirdiyini göstərib. Əldə edilən nəticələrdən istifadə edərək, qlisirrizinin müəyyən edilmiş reseptorlarla bağlanması üçün farmakofor modelləri təklif olunub.
Nəticələr göstərir ki, qlisirrizin perspektivli antiviral namizəddir və COVID-19-un müalicəsi üçün əlavə tədqiqatların aparılmasını tələb edir.
Alimlərimizin beynəlxalq səviyyəli araşdırmalarının nəticələri “Scopus” bazasında məqalə şəklində nəşr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Noyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















