Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları SİYAHI
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bu gün Azərbaycan teleməkanında yetəri qədər sevilən və reytinqli verilişlər təqdim edən aparıcılar var. Onlar ya hər gün ya da həftənin müəyyən günlərində müxtəlif növ verilişlərlə tamaşaçıların görüşünə gəlirlər. Kimi əyləncə xarakterli verilişlərlə efirə çıxıb tamaşaçılara xoş əhval ruhiyyə bəxş edir, kimi də sosial verilişləri insanların bəzi problemlərini həll etməyə çalışır.
BAKU.WS xəbər verir ki, aparıcıların bir çoxu jurnalistika fakültəsi üzrə Ali təhsil almasalar da, onlar bu peşənin öhdəsindən asanlıqla gəlirlər. Bəs görəsən Azərbaycan efirlərinin tanınmış simaları əslində hansı univsersieteləri və hansı ixtisasları bitiriblər?
Aparıcı Leyla Quliyeva Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Vokal və xor dirijorluğu" fakültəsində alıb.
Aparıcı Xoşqədəm Hidayətqızı Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Aparıcı Elgiz Əkbər Azərbaycan Dövlət İqtisad Universitetinin "Qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq" fakültəsini bitirib.
Aparıcı Afaq Gəncəli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsini bitirib.
Aparıcı Amil Xəlil Azərbaycandakı Ali təhsil müəssisələrindən birində "Tarix və jurnalistika" üzrə oxuyub.
Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Aktyorluq" fakültəsini bitirib.
Aparıcı İsa Şükürov Bakı Dövlət Universitetini bitirib. O "Nəşriyyat və Redaktələr" üzrə bakalavr dərəcəsi alıb.
Kəmalə Piriyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub.
Aparıcı Lamiyyə Ələkbərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib.
Aparıcı Zaur Baxşəliyev Azərbaycan Beynəlxalq Universitetinin "Jurnalistika" fakültəsini bitirib.
Aparıcı Lalə Azərtaş Azərbaycan Dillər Universitetinin "Tərcüməçilik" fakültəsini bitirərək bakalavr dərəcəsi alıb.
Aparıcı Vüsalə Əlizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib.
Aparıcı Zaur Kamal Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsini bitirib.
Aparıcı Samir Bayramlı Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsində Ali təhsil alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 06 Yanvar 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















