Icma.az
close
up
RU
“Ulduz”u sönən azərbaycanlı məşhurlar SİYAHI

“Ulduz”u sönən azərbaycanlı məşhurlar SİYAHI

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzularından birinə çevrilib. Cəmiyyətin bir qismi sənət adamının hansısa cinayətlə bağlılığını qəbul etməsə də, bundan əvvəl də müxtəlif incəsənət nümayəndələrinin məhkum edildiyi faktları var.

Tribunainfo.az  “Qafqazinfo”-ya istinadən yolu məhkəmə və həbsxanalara düşən tanınmış sənətçilərilə bağlı yazını təqdim edir:

Fədayə Laçın

Bu günə qədər həbsi ilə böyük rezonans yaradan sənətçilərən biri Fədayə Laçın olub. Fədayənin “Qoca”nın həbsdən qaçmasına kömək edərkən tutulması həmin dövrdə böyük müzakirələrə yol açmışdı. Müğənni bu cinayətinə görə ömrünün 2 ilini dəmir barmaqlıqlar arasında keçirdi.

Rəşad Dağlı

Qonşusunu qətlə yetirən meyxanaçı Rəşad Dağlının cinayəti də sensasiya yaratdı. Dağlı bu əməlinə görə 9 il 6 ay həbslə cəzalandırıldı. Artıq 3 ildir həbsdə olan meyxanaçı hazırda cəzaçəkmə müəsisəsində qalan illərinin keçməsini gözləyir.

Cavid Sumqayıtlı, Mahir Ay Brat

Meyxanaçılar Cavidlə Mahir ikisi də narkotik cinayətinə görə məhkum edilib. Sumqayıtlı 7 il 6 aylıq həbsə göndərilsə də, Mahir məhkumluğunu şərti keçirir.

Elşad Xose

Məşhur repçi Elşad Xose də narkotikə görə həbsdə yatıb.

Aqil M.Quliyev

Tanınmış rejissor bir vaxtlar məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 1 il 6 ay həbsə məhkum olunub.

Rza Rzayev

“Draqon” kimi tanınan Rza Rzayev xuliqanlığa görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gimnaziya direktoru olan Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilən aktyor bu yaxınlarda azadlığa buraxılıb.

Ağadadaş Ağayev

Hazırda məhkumluğu davam edən ən məşhur sənətçilərdən biri Xalq artisti Ağadadaş Ağayevdir. Baltanı cinayət alətinə çevirib xuliqanlıq edən müğənniyə bu yaxınlarda 2 illik şərti cəza verilib.

Samir Cavadzadə

Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadə dostunu bıçaqladığı üçün cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat saxlanıldıqdan sonra nəzarət şərti ilə sərbəst buraxılıb. İstintaqın sonunda cinayət işinə xitam verilib.

Vüsal Əliyev

Bir vaxtlar gənclərin ən çox sevdiyi müğənnilərdən biri olan Vüsal Əliyev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət axtarışda olan ifaçı Bakıya qayıdanda tutulmuşdu. İstintaq onun azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq uzunmüddətli həbslə cəzalandırmayıb.

Təranə Səmədova

Bir çox tanınmış müğənnilərə prodüserlik edən Təranə Səmədova da hazırda məhkumdur. Səmədovaya şantaja görə 6 il həbs cəzası verilib.

Dəniz Əsədova

Ən yaxın müddətdə həbs edilən müğənni isə Dəniz Əsədovadır. Qalmaqallı müğənni böhtana görə 8 ay “içəridə” qalacaq.

Azər Zahid

Daim incəsənət nümayəndələrinin içində olan, TikTokda yarışmalar təşkil edən aparıcı Azər Zahid də cinayət məsuliyyətinə cəlb edilənlər siyahısına daxildir. Çirkli pulları yuma, qumarxana təşkil etmə ittihamları ilə bir neçə ay həbsdə qalan aparıcı bu yaxında ev dustaqlığına buraxılıb.

Sadaladıqlarımız yalnız cinayət işləri ilə bağlıdır. Lakin bu günə qədər inzibati qaydada həbs edilən məşhurlar da çoxdur – Manaf Ağayev, Tunar Rəhmanoğlu, Elşən Xəzər, Orxan Lökbatanlı kimi.

Nəticədə isə kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Avqust 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri