Azərbaycanlı azarkeşlərdən “Liverpul” “Qarabağ” oyununa yüksək maraq!
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 28-də keçiriləcək UEFA Çempionlar Liqasının “Liverpul” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər tərəfindən böyük maraq var.
QOL.az saytına etibarlı mənbələrdən daxiil olan xəbərə görə, İngiltərədə keçiriləcək bu matça “Qarabağ”ın artıq düz 1200-ə yaxın azarkeşi bilet alıb. Bu, Ağdam klubuna ayrılan 3 min yerin yarısına yaxındır. Oyun müddətinə qədər bu sayın daha da artacağı gözlənilir.
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















