Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

“Liverpul” “Qarabağ” oyununa doğru: Statistika nə deyir?

“Liverpul” “Qarabağ” oyununa doğru: Statistika nə deyir?

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu - VIII turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması hər iki komanda üçün əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, hazırda 15 xalla dördüncü pillədə qərarlaşan İngiltərə təmsilçisi qələbə qazanarsa, turnir cədvəlində ilk “8-liy”i, böyük ehtimalla isə ilk “4-lüy”ü təmin edəcək. Bu isə “qırmızılar”a 1/8 finala birbaşa vəsiqə qazandırmaqla yanaşı, növbəti iki raundda cavab oyunlarını evdə keçirmək imkanı verəcək. Heç-heçə olacağı halda “Liverpul”un xalı 16-ya yüksələcək və bu nəticə də komandaya kifayət edə bilər. Məğlubiyyət isə “Liverpul”u sərf etmir. Bu halda, komanda,digər görüşlərin də nəticələrindən asılı olaraq ilk “8-liy”i tərk edə bilər.

10 xalla 18-ci sırada yer alan “Qarabağ” son 22 avrokubok matçında cəmi bir dəfə qapısını toxunulmaz saxlayıb. Bu da “Liverpul” üçün imkanlar yaradır. Statistikaya əsasən, İngiltərə klubu hava mübarizələrinin 56,7 faizində qalib gəlir, “Qarabağ”da isə bu göstərici 40,5 faizdir. Bu üstünlükdə Vircil van Deykin rolu böyükdür. Kapitan hava mübarizələrinin 85,7 faizindən qalib ayrılır. O, 20-dən çox ikili mübarizəyə çıxan futbolçular arasında ən yaxşı göstəriciyə sahibdir. Premyer Liqada “Bornmut”la matçda uğursuz çıxış edən müdafiəçi üçün Ağdam təmsilçisi ilə görüş özünəinamı bərpa etmək baxımından yaxşı fürsət sayılır. “Liverpul”un hava üstünlüyü daha çox standart vəziyyətlərdə özünü göstərir. Komanda bu mövsüm Çempionlar Liqasında standart vəziyyətlər zamanı altı qol vurub. Bu göstərici turnirdə ən yaxşı nəticə hesab olunur. Dominik Soboslai isə üç cərimə zərbəsini qola çevirib. Sonuncu belə qol Premyer Liqada “Bornmut”un qapısına vurulub.

Soboslai bu mövsüm “Liverpul”un ən vacib fiqurlarından birinə çevrilib. O, Çempionlar Liqasında 7 qarşılaşmada 7 qol və məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” rəqib cərimə meydançasında 313 dəfə pressinq edib. Bu, bütün komandalar arasında ən yüksək göstəricidir. Bu pressinqin mərkəzində isə məhz Soboslai dayanır. “Qarabağ” öz yarımmeydanında 166 ötürmədə səhvə yol verib. “Liverpul”da bu rəqəm 104-dür.

“Qarabağ” rəqibin kimliyindən asılı olmayaraq, sürpriz edə bilən komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hesabda geri düşdüyü oyunlarda yeddi xal qazanıb. Bu, turnirdə ən yüksək göstəricidir. Eyni zamanda qalib vəziyyətdə olduğu matçlarda səkkiz xal itirib.

Meydan sahibləri üçün əsas şərt erkən qollar vurmaqdır. Son 13 görüşdə məğlub olmayan komanda bu seriyada altı heç-heçə edib. Bir çox qarşılaşmada qol imkanlarından istifadə olunmayıb və asan qollar buraxılıb. Məhəmməd Salahın qayıdışı hücum xəttini gücləndirsə də, sürprizlərə açıq olan “Qarabağ”a qarşı qol imkanlarını qaçırmaq İngiltərə klubu üçün risk yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri