Icma.az
close
up
RU
Azərbaycanlı biznesmenin limanı əlindən alındı QƏRAR

Azərbaycanlı biznesmenin limanı əlindən alındı QƏRAR

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiası əsasında strateji müəssisə olan “Tuapse dəniz limanı” MMC-ni dövlət mülkiyyətinə keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Baş Prokurorluq iddiasının təcili şəkildə baxılmasına nail olub. Çünki onların məlumatına görə, limanın yerləşdiyi ərazi təhlükəsizlik tələblərinə cavab verməyən qida məhsullarının qaçaqmalçılığı üçün istifadə edilib və aktivlərin özü də cinayət yolu ilə əldə olunub.

İş üzrə cavabdeh Şahlar Novruzov göstərilir. O, 2014-cü ilin oktyabrında Tuapse limanındakı payların 100 faizini əldə edib. Daha sonra bu payları Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş Vonixel Limited BVI şirkətinə ötürüb. Eyni zamanda o, limanla bağlı digər aktivləri də alıb: məsələn, yüklərin boşaldılması, saxlanması və daşınması üzrə xidmətlər göstərən “Tuapse dəniz limanı müəssisəsi” MMC-ni.

2024-cü ildə Novruzov biznesi “leqallaşdırmağa” cəhd edərək MMC-nin 100 faiz payını yenidən öz adına qaytarıb və ofşor şirkət ilə bağlanmış müqavilənin etibarsız sayılması üçün Krasnodarın Prikubanski rayon məhkəməsinə müraciət edib. Lakin o, saxta sənədlərdən istifadə edib və bu fakt üzə çıxıb. Nəticədə Novruzov xüsusilə böyük miqdarda dələduzluğa cəhd ittihamı ilə cinayət işinin fiqurantına çevrilib.

Baş Prokurorluq iddiada bildirib ki, Britaniya Virgin adaları Böyük Britaniyanın asılı ərazisidir və beləliklə, “dost olmayan ölkənin” rezidenti liman yaxınlığında yerləşən kritik əhəmiyyətli nəqliyyat infrastrukturuna malik terminala qanunsuz sahib olub.

Nəticədə “Dar Frut” MMC, “TMKP Müəssisəsi” MMC və “Temryuk dəniz yükləmə terminalı” MMC də dövlət mülkiyyətinə keçirilib. Aktivlərin ümumi dəyəri 691 milyon rublu ötür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see305

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see284

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see229

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see221

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see128

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri