Ukraynada Kolomoyskinin hava limanı əlindən alındı
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynalı iş adamı İqor Kolomoyskinin Dnepr şəhərindəki hava limanı dövlətə qaytarılır.
Gununsesi.info xəbər verir ki, Şimali Apellyasiya Kommersiya Məhkəməsi 2009-cu ildə Dövlət Əmlak Fondunun “Dneproavia” Aviasiya Şirkətinin səhmlərinin bir hissəsinin “Galtera” şirkətinə satılması ilə bağlı bağlanmış müqavilənin ləğv edilməsinə qərar verib.
Qərara əsasən, müəssisənin səhmlərinin 94 faizi Dövlət Əmlak Fondunun təmsil etdiyi dövlətə qaytarılmalıdır.
Bu barədə məhkəmə prosesini aparan vəkil Yelena Donenko məlumat verib.
Qeyd edək ki, 2022-ci ildə də məhkəmə Kolomoyski ilə əlaqəli “Galtera” şirkətinin hava limanını istismar etmək hüququnu əlindən almışdı.
Baxış sayı:107
Bu xəbər 03 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















