Icma.az
close
up
RU
Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanlı COP29 könüllüsü Nigar Quliyeva ölkəmizin uğurlarını gözü götürməyən beynəlxalq dairələrin ruporu və onların maraqlarının girovuna çevrilmiş bəzi şəxslərə tutarlı cavab verib. SİA xəbər verir ki, COP29 könüllüsü gənc Nigar İsveç iqlim fəalı, təbiət mühafizəçisi Qreta Tunberqə ünvanladığı məktubda tutarlı faktlar açıqlayıb.

Məktubda deyilir: "Hörmətli Qreta,

Sənin Azərbaycan və COP29 haqqında yanlış və qərəzli məlumatlar yaymağını öyrəndim. Nəzərinə çatdırım ki, bizim eyni yaş qrupuna aid olduğumuzu nəzərə alaraq, ən azı bakalavr dərəcəsini tamamladığını fərz etsək, sən belə qərəzli materialları sosial mediada yaymayacaq qədər əsaslı araşdırma bacarıqlarına sahib olmalıydın.

Sənə bənzər bir “müstəqil jurnalist” olaraq öz ölkəsinə xəyanət etmiş və öz dövlətini tənqid etməkdən zövq alan biri ilə podkastda iştirak etdiyin yetmirmiş kimi, sən həm də o qərəzli məlumatlarını “The Guardian” kimi xəbər qurumları vasitəsilə yaymısan və üstəlik, onu təkrarən paylaşaraq mənim ölkəm haqqında daha da gülünc şərhlər əlavə etmisən. Diqqətinə çatdırmaq istərdim ki,Azərbaycan dünyanın ilk neft ölkələrindən biri olmaqla yanaşı, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”şirkətiilə birlikdə Qafqaz bölgəsindəki ən böyük günəş elektrik stansiyalarından biri olan Qaradağ Günəş Elektrik Stansiyasını quran ölkədir.

Üstəlik, bu enerji parkı 550 hektar və ya 5 milyon 500 min kvadrat metr sahəni əhatə edir. Halbuki İsveç lalnız bu yaxınlarda Witznitz-i keçərək Avropanın ən böyüyü olmaq iddiası ilə eyni ölçüdə olan ilk günəş parkını inşa etməyə başlayıb.

Ölkəmi repressiv bir dövlət adlandırmağın üçün edə bildiyin yeganə şey Azərbaycan haqqında Ermənistanın təsiri altında olan Vikipediya səhifələrini gözdən keçirməkdirsə, bu da yenə sənin zəif araşdırma bacarıqlarını göstərir.

Və hə, ölkəmi avtoritar edən nədir, məhz onu soruşuram? Mən bunu “seçmə həqiqət” adlandırardım, amma bu, ölkəm haqqında deyilə biləcək faktiki olaraq düzgün bir ifadənin yaxınından belə keçmir. Bizim 125 deputatın nümayiş etdirdiyi, bölgələrimizi və vətəndaşlarımızın ehtiyaclarını təmsil edən Milli Məclisimiz var.

Və biz prezident və hökumətimizi sərbəst seçmək hüququna malikik. Bunun ardınca gələcəyinə və bizi misoginist, şovinist və ya repressiv ölkə adlandıracağına əminəm. Amma bax, buradayam, gənc bir qadın olaraq, sərbəst iradəmlə danışaraq, geyinərək, davranaraq, səs verərək, istədiyim şəkildə, istədiyim vaxt hər şeyi edə bilirəm. Hətta biz o qədər də repressiv olsaydıq 13,5 milyondan çox izləyicisi olan tanınmış YouTuber Nas Daily Azərbaycanda dini və mədəni hörmət və müxtəliflik (və bərpa olunan enerji resurslarına keçid) haqqında video (hətta ikisini) çəkə bilməzdi.

Ekologiya sahəsinə yönəlsək, unutmamalıyıq ki, COP29 könüllüləri üçün aparılan müsahibələr nəticəsində seçilən 7000 namizəddən 68 faizi qadınlardan ibarət idi. Əgər Azərbaycana ayaq basmaq və COP29-da iştirak etmək istəyərsənsə, əmin ola bilərsən ki, təhlükəsiz mühitdə olacaqsan.

Bu fürsətdən yararlanaraq 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarımızı da kəşf edə bilərsən. Bu müddət ərzində onlar həmin ərazilərə mina basdırmaq, xalqımızı öz bölgələrimizdən zorla çıxarmaq və etnik təmizləmə kimi vəhşiliklərlə məşğul olmuşlar. Halbuki, bizə yalnız 4 il lazım oldu ki, həmin torpaqların böyük bir hissəsini bərpa edək, yenidən qurub məskunlaşdıraq. Ancaq əgər bizim ölkəmizə ayaq basmadan və həqiqəti öz gözlərinlə görmədən, media vasitəsilə biz haqda yayılan yalan və iyrənc şeylərə inanmağa davam edib bəhanələr gətirmək istəyirsənsə, bu da sənin seçimin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri